Prezident İlham Əliyev: Azərbaycandakı yəhudi icması ölkəmiz üçün böyük sərvətdir
Bakı, 30 may, AZƏRTAC
Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında - red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında söyləyib.
Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi (İsrail vətəndaşlarına - red.) barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun (Yəhudi icması - red.) ölkəmiz üçün böyük sərvət olduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [11:09]
Milli Məclisin növbəti plenar iclası keçirilir
- 30.10.2026 [10:32]
Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
- 30.10.2026 [10:04]
Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA
- 30.10.2026 [07:01]
Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir VİDEO
- 29.10.2026 [21:33]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
Sumqayıtda avtomobil yanıb
- 29.10.2026 [23:48]
Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb
- 29.10.2026 [23:25]