Qubada Alma bayramı keçiriləcək
Quba, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada yeddinci dəfə Alma bayramı keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2012-ci ildən ənənəvi olaraq keçirilən bayram tədbiri son iki ildə pandemiya səbəbindən təxirə salınıb.
Bu il Alma bayramının oktyabr ayının ikinci ongünlüyündə təşkil olunması nəzərdə tutulub.
Bayramın keçirilməsində məqsəd rayon ərazisində yetişdirilən ekoloji cəhətdən təmiz meyvələrin, kənd təsərrüfatı məhsullarının geniş kütlə qarşısında nümayiş olunması, bu məhsulların böyük bazarlarda satışının təşkili, eyni zamanda, kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Tədbirin keçirilməsi milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu il Qubanın alma bağlarında məhsuldarlıq yüksəkdir. Gələn həftədən kütləvi məhsul yığımına başlanacaq. Fermerlər və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]