Rusiyada birinci sinif şagirdləri üçün azı 40 dəqiqəlik dinamik fasilələr tövsiyə olunub
Bakı, 18 avqust, AZƏRTAC
Rusiya Federasiyasının Maarif Nazirliyi birinci sinif şagirdlərinin adaptasiya dövründə (sentyabr-oktyabr aylarında) 40 dəqiqəlik aktiv istirahət təşkil etməyi məktəblərə tövsiyə edir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu istirahətin açıq havada keçirilməsi məsləhət görülür. Qeyd olunur ki, bu dövrdə dərs cədvəlinin mühüm tərkib hissəsi fiziki aktivliyin təmin edilməsidir. İkinci və üçüncü dərslərdən sonra hər biri 20 dəqiqə davam edən iki tənəffüsün keçirilməsi tövsiyə olunur. Tədris gününün ortasında müddəti azı 40 dəqiqə olan dinamik fasilə təşkil edilməlidir.
Tövsiyələrdə, həmçinin qeyd olunur ki, müəllimlər hər dərs zamanı mütləq fiziki tərbiyə dəqiqələri keçirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]