Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar məbləğində qiymətləndirilib
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 10-da Kolumbiyada baş vermiş zəlzələnin birbaşa maddi zərərinin 30 trilyon peso (9,6 milyard dollar) olduğu qiymətləndirilir. Bu barədə Kolumbiya Prezidenti Abelardo de la Espriella məlumat verib.
AZƏRTAC xəbər verir ki, məlumata görə, zərərin 24,5 trilyon pesosu binaların (7,8 milyard dollar), 5,5 trilyon pesosu isə infrastrukturun (1,8 milyard dollar) payına düşür. Kolumbiya Prezidenti bunların ilkin rəqəmlər olduğunu söyləyib.
Prezidentin sözlərinə görə, son məlumatlara əsasən, zəlzələ nəticəsində 289 nəfər həlak olub, 4187 nəfər yaralanıb, 142 nəfər isə itkin düşmüş hesab olunur. Zəlzələdə 26 min 945 ev dağılıb, 127 min 557 evə ziyan dəyib. Yardım göstərmək üçün ABŞ, Ekvador və İsraildən 138 xarici xilasedici Kolumbiyaya gəlib.
Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın qərbində, Çoko departamentində yerləşən San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]