NASA və ESA astronavtları təmir işləri üçün açıq kosmosa çıxacaqlar
Bakı, 18 avqust, AZƏRTAC
Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən astronavtlar çərşənbə axşamı Yer ilə rabitə antenasının dəyişdirilməsi üçün açıq kosmosa çıxacaqlar. Bu barədə NASA məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, NASA astronavtı Anil Menon və Avropa Kosmik Agentliyinin (ESA) fransalı astronavtı Sofi Adeno (bu onun kosmik vakuuma ilk çıxışı olacaq) köhnə antenanı sökərək stansiyanın xarici platformasında yerləşdirəcək, daha sonra BKS-in Z1 seqmentində yeni antena quraşdıracaqlar.
Stansiyanın ABŞ seqmentində yerləşən “Quest” hava-keçid modulundan çıxışın ABŞ-ın Şərq sahili vaxtı ilə saat 08:35-də başlanması və təxminən 6,5 saat davam etməsi planlaşdırılır. Bu, kosmik stansiyanın yığılması, texniki xidməti və modernləşdirilməsi çərçivəsində həyata keçiriləcək 282-ci açıq kosmosa çıxış olacaq.
Avqustun 6-da açıq kosmosa çıxmış amerikalı astronavtlar Cessika Meir və Anil Menon stansiyanın S6 seqmentində yeni nəsil IROSA günəş panelinin quraşdırılması üçün avadanlıq yerləşdiriblər. Həmin günəş panelinin ilin sonunda Beynəlxalq Kosmik Stansiyaya çatdırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]