Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Hüseynov: Zəfər rəmzi Şuşadan hələ çox zəfərlərimizə yollar açılacaq

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutan, Bakıda başlanaraq Şuşada yekun vurulan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin iyunun 4-də keçirilən son panel iclasında 5 məruzə dinlənilib.

AZƏRTAC xəbər verir ki, Şuşa panelində Azərbaycan tərəfdən Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Gözəl sənətlərin, elmlərin və zəfərlərin Şuşada qovuşan və sabahlara uzanan yolu” mövzusunda məruzə ilə çıxış edib. Akademik Qarabağın və Şuşanın şanlı tarixinin Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani, Mirzə Rəhim Fəna, Həsən İxva Əlizadə və digərlərinin müəllifi olduğu “Qarabağnamə”lərdə təfərrüatı ilə əks etdirildiyini, köhnə qaynaqların çox zaman Şuşanı “Qarabağın ürəyi” adlandırıldığını diqqətə çatdıraraq deyib: “Bu gün azərbaycanlıların dilində “Qarabağ Azərbaycandır!” sözləri artıq bir şüar kimi hər gün səslənməkdədir. Qarabağın tacı Şuşa şəhəri rəsmən Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Ancaq Şuşa həmişə Qarabağın və bütöv Azərbaycanın ürəyi hesab edilib. Başqa sözlə, bu anlarda siz hamınız Qarabağın, Azərbaycanın ürəyindəsiniz. Yalnız indi yox, əsrlərcə bu bir isbata ehtiyacı olmayan həqiqət kimi qəbul edilib ki, Qarabağ və Qarabağda yetişmiş şəxsiyyətlər Azərbaycanı Azərbaycan edən dəyərlər sırasında ən ucada dayanıb, Şuşa da bir şəhər olaraq qurulmağa başladığı vaxtlardan elə hamı tərəfindən mədəniyyətin paytaxtı sayılıb. Həm də bunu yalnız Azərbaycanın içərisində biz özümüz və yaxın qonşularımız belə hesab etməyib, Şuşanın bir mədəniyyət başkəndi olması hüdudlardan kənarlarda da etiraf edilib”.

Tarixi mənbələrə əsaslanan Rafael Hüseynov bildirib ki, indi 270 yaşı tamam olan Şuşanı vaxtilə bir iqamətgah, paytaxt olaraq seçəndən sonra 1752-ci ildən bu şəhərin quruculuğuna başlayan Pənahəli xan Cavanşir buranı yalnız inzibati bir mərkəzə deyil, məhz örnək şəhərə, ilk növbədə, bir mədəniyyət mərkəzinə çevirməyi hədəf seçmişdi. Qarabağdan və Azərbaycanın müxtəlif guşələrindən ən yaxşı ustaları, ən yaxşı musiqiçiləri, ən kamil əsnafı, ən seçmə nəsillərin təmsilçilərini buraya toplamağa başlamış, Şuşa tezliklə Qafqazda, Yaxın və Orta Şərqdə mədəniyyətləri qovuşduran məkana çevrilmişdi.

Akademik Rafael Hüseynov alban salnamələrinə əsaslanaraq söyləyib ki, musiqi və incəsənətin bu bölgədə güclü tərəqqisi hələ VII əsrdən, Cavanşir sarayına toplaşan şair, müğənni və bəstəkarların qoyduğu ənənələrdən başlayıb. Şuşanın yarandığı gündən Qarabağın inzibati-siyasi mərkəzi rolunu oynadığını, şəhərin 1755-1822-ci illərdə Qarabağ xanlığının paytaxtı olduğu çağlardan burada daim elmi-mədəni həyatın qaynadığını söyləyən Rafael Hüseynov həmin mühitin yetirdiyi görkəmli alim və sənətkarlar, onların yaratdıqları misilsiz əsərlər barədə konqres iştirakçılarına məlumat verib.

Şuşanın elmi-mədəni miqyaslarının həmişə Qarabağ və Azərbaycandan daha geniş coğrafiyaya yayıldığı məsələsi üzərində dayanan Rafael Hüseynov deyib: “Böyük xanəndə Cabbar Qaryağdıoğlunu məşhur rus şairi Sergey Yesenin 1924-cü ildə “Şərq musiqisinin peyğəmbəri” adlandırırdı. Yəni həmişə görüblər ki, bu yerdəki ulduzların böyüklüyünü, parlaqlığını müqayisə etmək üçün gərək əhatəni geniş götürəsən, daha zəngin coğrafiyaya çıxasan. Bu minvalla Şuşanın özünə də sadəcə, “Gözəl səslər” şəhəri, “Musiqi beşiyi”, yaxud lap dəqiqləşdirirmiş kimi “Konservatoriya şəhər” adlandırmağı az sayıblar, 1908-ci ildə Tiflisdə nəşr edilmiş “Kavkazskaya muzıka” adlı kitabda Şuşanı elə birbaşa “Qafqazın konservatoriyası” adlandırıblar. Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və 42-yə yaxın müəllim-mirzə olub”.

Şuşanın tarixən Pənahabad, xalq dilində isə adətən Qala adlandırıldığını deyən akademik Rafael Hüseynov bu əziz şəhərin daim alınmazlıq qalası hesab edildiyini vurğulayaraq bəyan edib ki, Azərbaycanın 2020-ci ilin payızında 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbədən sonra Şuşa Zəfərin ən parlaq rəmzinə çevrildi və VII Beynəlxalq Sosial Elmlər Konqresinin yekun toplantısının burada keçirilməsi, Qarabağa həsr edilməsi də daim bizimlə olacaq zəfərlər yolunun daha bir davamı və təntənəsi deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Younq Te Kim: Azərbaycan Orta Dəhlizlə bağlı müzakirələrə liderlik edir

Ramil Ağayev: Qafqaz Albaniyası Azərbaycan ərazisində yaranmış dövlətlərdən biridir

Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub

Saxta kosmetik məhsulu necə tanımaq olar? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

Balakəndəki Tülü məbədinin açıq səma altında muzeyə çevrilməsi təklif olunur

İsveçli yeniyetmələr enerji içkilərinin istehlakı üzrə Şimali Avropada liderdirlər

Qarabağdakı xristian qəbirlərinin arxeogenetik tədqiqatlarının nəticələri məlum olub

Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib

Gələcəyi birlikdə qurmaq naminə tərəfdaşlıq: rəqəmsal dövrdə uşaqların təhsili

Qarabağ və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar bərpa edilib

DİN müsabiqə elan edir

Naxçıvanda bu il 613 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

“Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ

Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır

Türkiyə ilə ABŞ arasında yeni nəsil nüvə texnologiyaları ilə bağlı müqavilə imzalanıb

® “Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb

Çempionlar Liqası: "Sabah"dan biletlərin vahid formada satışa çıxarılması ilə bağlı açıqlama

TƏBİB süni intellektəsaslı həllərin tətbiqi istiqamətdə araşdırmalar aparır

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

Soydaşımız Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Natiq Səfərov: Hər bir əsərin bərpası özünəməxsus yanaşma tələb edir

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Ədliyyə naziri: Manisadakı hadisəni törədən gənclə birlikdə onun valideynləri də saxlanılıblar

Xan Şuşinski Fondunun prezidenti: Musiqinin ən böyük gücü onun sərhəd tanımamasındadır

Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti müəyyənləşib

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

Kadir Uğur Yılmaz: TDT-nin enerji və nəqliyyat sahəsində əməkdaşlığı strateji əhəmiyyət daşıyır

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

"Turan Tovuz" - "Fənərbağça" oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

Bitkiçilik məhsullarının ixracı davam etdirilir

® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb

® “Azercell”ə layihə təklifi göndərmək üçün son 8 gün

Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK

Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib

Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq

GDU-da tələbələr üçün müasir kompüter laboratoriyaları və kibertəhlükəsizlik klubu yaradılıb

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

® “Bir”dən mikrosahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

Ağdam məscidinin təmiri tarixi və mənəvi yaddaşın bərpasıdır - ŞƏRH

Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib

Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib

Ekspert: TDT Avrasiyanın mühüm geoiqtisadi aktoruna çevrilir

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 2

Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

Könül Hacıyeva: Bakuvinin üç dildə yaradıcılığı Azərbaycan təsəvvüf ədəbiyyatının çoxqatlı xarakterini göstərir

Bəzi yerlərdə duman olacaq

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

IRENA: 2030-cu il hədəfinə çatmaq üçün hər il 1200 giqavat yeni enerji gücü yaradılmalıdır

Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər

Naxçıvanda büdcə təşkilatlarının nümayəndələri üçün “e-mühasibat” altsistemi ilə bağlı təlim baş tutub

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

BDYPİ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

“Oxfam” Fransada zəngin varislərin vergiyə cəlb olunmasını təklif edir

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub

Bu saata olan əsas xəbərlər

Ötən il ərzində təkrar mənzil bazarında 41 mindən çox mənzilin alqı-satqısı baş tutub

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir

İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda regional əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

İçərişəhərdə sakinlər üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək

Tarixçi-alim: Albanların yaratdığı maddi-mədəni irs nümunələri Azərbaycan xalqının sərvətidir - ŞƏRH

Fransa komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıblar

Ötən gün 51 cinayətin açılması təmin olunub

Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib

Havada normadan artıq toz müşahidə olunur

Azərbaycanda regional futbol federasiyalarının səlahiyyətləri artırılır

Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib

Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində 92 nəfər təhsil alır

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Bilgəhdə dənizdə batan iki nəfərin meyitləri tapılıb