DÜNYA


San-Paulu məktəbinə silahlı basqın nəticəsində 9 nəfər ölüb

Bakı, 14 mart, AZƏRTAC 

Braziliyanın San-Paulu şəhərində məktəbə silahlı basqın nəticəsində 9 nəfər ölüb. Bu barədə “Globo” telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məktəbdə iki yeniyetmə atəş açaraq beş uşağı və məktəbin bir əməkdaşını öldürüblər. Atəş açanlardan biri özünü öldürüb. Hadisə zamanı yaralanmış 17 nəfər xəstəxanaya çatdırılıb.

San-Paulu ştatının qubernatoru Juau Doria baş verənlərlə əlaqədar olaraq bütün görüşlərini təxirə salaraq hadisə yerinə gedib.

Təhqiqata başlanılıb. İlkin versiyaya görə, silahlı basqın edənlər vaxtilə həmin məktəbin şagirdləri olublar.

Məktəbdə təxminən 1000 şagird təhsil alır və 105 nəfər işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.