“AzərEnerji” Çin şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib
Bakı, 3 sentyabr, AZƏRTAC
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevlə Çinin “Universal Energy” şirkətinin baş icraçı direktoru Yi Nan arasında görüş keçirilib.
“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq, Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Tərəflər enerji sektorunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanları nəzərdən keçiriblər.