Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.
Qeyd olunub ki, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil və milli komandalarımızın oyunlarının Bakıdan kənarda, ölkənin müxtəlif şəhər və bölgələrində keçirilməsi AFFA üçün bundan sonra da vacib istiqamətlərdən biri olaraq qalacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [20:50]
Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
- 02.09.2026 [20:05]
Elvin Cəfərquliyev əməliyyat olunub
- 02.09.2026 [18:30]
Milli Paralimpiya Komitəsi paraatletika üzrə “Açıq qapı” günü keçirəcək
- 02.09.2026 [17:10]
Bakıda “SportAccord” sammitinin hazırlığı müzakirə olunub
- 02.09.2026 [17:06]
“Neftçi” Kenan Piriç ilə yollarını ayırıb
- 02.09.2026 [13:12]
Polina Rəhimova milli komandadakı karyerasını başa vurub
İmişlidə avtomobil yanıb
- [21:08]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Hərracda 28 avtomobil satılıb
- [16:58]