Azərbaycan və Türkmənistan arasında viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycanın və Türkmənistanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, o cümlədən tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparıblar.
İki ölkə arasında daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb və məsləhətləşmələrin sonrakı iclasının növbəti ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [12:13]
Azərbaycan qlobal ekoloji və iqlim gündəliyində fəal rolunu davam etdirir
- 08.09.2026 [11:15]