Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan millisinin qitə çempionatındakı ilk rəqibləri müəyyənləşib.
Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. Komandanın heyətində 9 oğlan və 5 qız yer alıb. Ümumilikdə isə turnirdə 44 ölkədən 400 idmançı (222 oğlan, 178 qız) mübarizə aparacaq.
Sentyabrın 3-6-da keçiriləcək Avropa çempionatının ilk yarış günündə təsnifat mərhələsi saat 11:30-da, final bloku isə 18:00-da başlayacaq. Görüşlər “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan cüdoçularının ilk rəqibləri aşağıdakılardır:
Qızlar
-48 kiloqram, 1/16 final:
Nərgiz Əhmədova – Mariana Pereyra (Portuqaliya)
Gülgəz Musayeva – Kseniya Vayner (Moldova)
-52 kiloqram, 1/16 final:
Aysun Məmmədova – Marqarita Miroşniçenko (Ukrayna)
-57 kiloqram, 1/16 final:
Aytən Verdiyeva – Marketa Korçakova (Çexiya)
-57 kiloqram, 1/8 final:
Xədicə Qədəşova – Nika Tomç (Sloveniya) / Luka Veq (Macarıstan) cütünün qalibi
Oğlanlar
-60 kiloqram, 1/16 final:
Ayxan Mirzəzadə – Stratos Çaralampus (Kipr)
-66 kiloqram, 1/16 final:
Məhəmməd Musayev – Robert Yakimov (Estoniya)
-73 kiloqram, 1/16 final:
Əbil Yusubov – Kassim Brosso (Fransa)
-81 kiloqram, 1/16 final:
Cəsur İbadlı – Yaqor Talaka (Belarus) / Sergey Karakin (Ukrayna) cütünün qalibi
Mehdi Abbasov – Petar Payoviç (Monteneqro)
-90 kiloqram, 1/16 final:
Aslan Kotsoyev – Anton Dimitrov (Bolqarıstan)
Süleyman Şükürov – David Yurkovski (Fransa)
-100 kiloqram, 1/16 final:
Davud Namazlı – Mayus Genis (Litva)
+100 kiloqram, 1/8 final:
Ramazan Əhmədov – Martin Sedlak (Çexiya) / Luka İvankoviç (Xorvatiya) cütünün qalibi.