SİYASƏT


Sergey Lavrov keçmiş Qarabağ məsələsinin həlli ilə bağlı Rusiyanın planlarından danışıb

Sergey Lavrov keçmiş Qarabağ məsələsinin həlli ilə bağlı Rusiyanın planlarından danışıb

Bakı, 2 fevral, AZƏRTAC

Qarabağ məsələsini siyasi yolla həll etməyin mümkünsüzlüyünü anlayandan sonra Rusiyanın təklif etdiyi çoxsaylı variantları Ermənistanın əvvəlki rəhbərliyi yaxşı qəbul etmədi. Onlar heç vaxt iddia etmədikləri əraziləri saxlamaq niyyətində idilər.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2022-ci ildə Ermənistan Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu plan çoxdan hazır idi. Lakin Ermənistan tərəfi KTMT-ni tələsdirmirdi. “İrəvanda keçirilən sammitdə biz planın hazırlığını başa çatdırdıq. Lakin erməni həmkarlarımız dedilər ki, bu qərar onlara yalnız Azərbaycanın addımlarının qəti şəkildə pisləndiyi təqdirdə lazımdır. Buna heç də hamı hazır deyildi. Ona görə yox ki, kiminsə tərəfini saxlamaq, kimisə dəstəkləməmək istəyirdik. Sadəcə Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Azərbaycan ona məxsus olan torpaqları geri qaytardı”, - deyə Sergey Lavrov vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.