CƏMİYYƏT


Suqovuşan su anbarına balıq körpələri buraxılıb

Bakı, 16 noyabr, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 min çəkikimi balıq körpəsi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 mindən çox çəkikimi, 8 min qızılxallı forel körpəsi buraxılıb. Qeyd olunub ki, balıq ehtiyatlarının artırılması məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.