Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub
Bakı, 6 fevral, AZƏRTAC
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.
Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.
Mövqelərimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.
Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib.
Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [09:05]
Bir sutkada qazanılan tarixi Zəfər
- 18.09.2026 [19:04]
Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik
- 16.09.2026 [10:58]
Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ husilərlə danışıqlar aparır
- 18.09.2026 [23:54]
Yardımlıda açıq ərazidə yanğın baş verib
- 18.09.2026 [23:34]
“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib
- 18.09.2026 [23:00]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [22:23]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [21:44]
Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub
- 18.09.2026 [21:31]