İDMAN


Türkiyə Kuboku: “Qalatasaray” öz meydanında “Hatayspor”u məğlub edib

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 6-da futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsində “Qalatasaray” komandası öz meydanında “Hatayspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Türk Telekom” arenada reallaşan oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda hesabı 7-ci dəqiqədə Kristian Luyindama açıb. Görüşün 41-ci dəqiqəsində qonaqlar meydanda azlıqda qalıblar. Belə ki, Ömər Alıcı etdiyi qayda pozuntusuna görə qırmızı kartla oyundan kənarlaşdırılıb. Birinci hissə elə bu hesabla başa çatıb. İstanbul təmsilçisi 90-cı dəqiqədə Sofian Fequlinin vurduğu qolla oyunun yekun hesabını müəyyən edib - 2:0.

Türkiyə Kubokunun dörddəbir final mərhələsinin bu gün keçirilən “Yeni Malatyaspor” - “Göztəpə” qarşılaşması isə 1:0 hesabı ilə Malatya təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, Türkiyə Kubokunun son oyunu “Akhisar Bələdiyyəspor” - “Kasımpaşa” qarşılaşması bu gün baş tutacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.