UNEC-də Dünya Bankının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib


Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dünya Bankı, UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Görüşdə Dünya Bankının nümayəndələri iqtisadiyyat və istehsal kapitalı, insan kapitalı və təbii kapitalın inkişafı, yerli inkişafda prioritetlər, iqlim dəyişikliyinin fiziki təsirləri, aşağı emissiyalara doğru qlobal tendensiya, təbii və insan kapitalının yaradılması və yaşayış şəraitinin yaxşılaşdırılması, iqlim dəyişikliyi prioritetlərinin həlli mövzularında təqdimatla çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [15:23]
Paytaxt üzrə 528 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub
- 18.06.2025 [15:12]
AzMİU və Ankara Universiteti arasında Orhun Mübadilə Protokolu imzalanıb
- 18.06.2025 [13:45]
Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti BDU-da olub
- 18.06.2025 [13:12]
ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində
- 18.06.2025 [13:06]
Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti - elmi seminar
- 18.06.2025 [12:37]