Ukrayna bu ilin altı ayında 25 milyard dollardan çox maliyyə yardımı alıb
Bakı,30 iyul, AZƏRTAC
Ukrayna 2023-cü ilin birinci yarısında Qərb dövlətlərindən və beynəlxalq maliyyə təşkilatlarından 25 milyard dollardan çox maliyyə yardımı alıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmi Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa açıqlayıb. Onun sözlərinə görə, bu ilin ilk altı ayında xarici maliyyə resursları dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1 faizini təşkil edib.
Komitə rəhbəri bildirib ki, Ukraynanın ən böyük donoru olan Avropa İttifaqı bu il Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb. ABŞ isə 7,2 milyard dollar qrant vəsaiti ilə geri qaytarılmayan büdcə yardımının ən böyük donoru olaraq qalır. 2023-cü ilin əvvəlindən bəri Ukrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, həmçinin Kanadadan 1,76 milyard dollar daxil olub.
Ali Radanın maliyyə komitəsinin məlumatına əsasən, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması, büdcə kəsiri isə 38 milyard dollar həcmində nəzərdə tutulub. Prezident Volodimir Zelenski Qərbi Ukraynanın builki büdcəsinin kəsirini tam bağlamağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [18:59]
Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
- 22.06.2026 [17:44]
Balaton turizm rekorduna hazırlaşır
- 22.06.2026 [17:34]
Brüsseldə Avropa ilə Asiya arasında marşrutun inkişafı müzakirə olunur
- 22.06.2026 [17:25]
İsveçdə ilan sancmasından zərər çəkmiş ev heyvanlarının sayı kəskin artıb
- 22.06.2026 [17:06]
Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək
- 22.06.2026 [16:59]
Qətərin Baş naziri: Netanyahu yenidən Yaxın Şərqdə gərginliyi artırır
- 22.06.2026 [16:54]
Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur
- 22.06.2026 [16:53]
Hindistanda təhsil mərkəzində baş verən yanğın nəticəsində 14 nəfər ölüb
- 22.06.2026 [16:40]