İDMAN


“Xəzər-Lənkəran” futbol klubu fəaliyyətini aşağı yaş qrupları üzrə davam etdirəcək

Bakı, 27 may, AZƏRTAC

“Xəzər-Lənkəran” futbol klubunun əsas komandası Azərbaycan çempionatlarında iştirakını dayandırıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bu barədə qərar klubun fəxri prezidenti Mübariz Mənsimovun sədrliyi ilə keçirilən iclasda qəbul edilib. İclasda “Xəzər-Lənkəran”ın fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub. Bütün fəaliyyət istiqamətləri hazırda mövcud reallıqlara uyğun qiymətləndirilib.

İclasın yekununda “Xəzər-Lənkəran” klubunun əsas komandasının Azərbaycan çempionatlarında iştirakını dayandırması qərara alınıb. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər-Lənkəran” AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.