® "AccessBank" müddətli manat əmanətləri üzrə 0,25 faizlik əlavə fürsət təklif edir
Sizin yerli Avropa bankınız - "AccessBank" Yeni İl ərəfəsində müddətli manat əmanətləri üzrə faiz dərəcələrini yüksəltdiyini elan edir.
Yeni il kampaniyası çərçivəsində 6-24 ay müddətinə milli valyutalı əmanətlər üzrə illik faiz dərəcəsi 12 faizədək, xarici valyuta üzrə əmanətlər üzrə isə 4,5 faizədək təşkil edir. Faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq dəyişir. Üstəlik, 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlərə görə vergi də tətbiq edilmir.
Məbləği 100 min manatdan yuxarı və müddəti 18-24 ay olan əmanətlərin, faizləri müddətin sonunda götürmək şərti ilə açılan əmanətlərin faiz dərəcəsinə +0,25 faiz əlavə təklif olunur.
Müddətli əmanət haqqında ətraflı məlumat: https://bit.ly/3xSA8zS
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbul, instaqram, linkedin) müraciət edə bilərsiniz.
"AccessBank" QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.