® ABB menecerləri Koç Universitetində təhsil alacaqlar
ABB öz əməkdaşlarının davamlı inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələri arasında olan Koç Universiteti ilə tərəfdaşlığa başlayıb. Bank dünya universitetlərinin yüksək reytinqində yer alan bu universitetlə birgə “Executive Mini-MBA” proqramını icra edəcək. Proqram ABB əməkdaşları üçün xüsusi hazırlanmış tədris planı əsasında həyata keçiriləcək.
İyirmi bir nəfər ABB əməkdaşı proqramın seçim mərhələlərindən uğurla keçərək Koç Universitetində təhsil almaq hüququ qazanıb. Əməkdaşlar strateji marketinq, strateji düşünmə və planlaşdırma, rəhbərlər üçün maliyyə, rəqəmsal transformasiya və texnoloji trendlər, data əsaslı qərarvermə, effektiv danışıq aparmaq, təşkilati davranış və korporativ mədəniyyət, təsirli ünsiyyət və faydalı rəy mövzuları üzrə praktik bilik və bacarıqlar əldə edəcəklər. Altı aylıq proqram çərçivəsində dərslər Koç Universitetinin professorları tərəfindən həm Bakıda, həm də İstanbulda tədris ediləcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]