® ADRA-dan rəqəmsal yenilik: “Açıq məkanda reklama ictimai nəzarət” bölməsi yaradılıb
Vətəndaş məmnunluğunu artırmaq və açıq məkanda yayımlanan reklamlara dair daha rahat, müasir və çevik rəqəmsal müraciət imkanları yaratmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) rəsmi internet səhifəsində yeni – “Açıq məkanda reklama ictimai nəzarət” adlı bölməni istifadəyə verib (https://adra.gov.az/az/melumatlar/aciq-mekanda-reklama-ictimai-nezaret).
Yeni rəqəmsal platforma vətəndaşlardan daxil olan müraciətlərin operativ emalını və təhlilini təmin etməklə açıq məkanda yayımlanan reklamların məzmunu, estetik görünüşü və təhlükəsizliyi ilə əlaqədar ictimai nəzarəti gücləndirməyə, proseslərin şəffaflığını və əlçatanlığını artırmağa xidmət edir. Vətəndaşlar açıq məkanda yayımlanan reklamlara dair təkliflər, şikayətlər, təşəkkürlər, sorğular və fotomaterialları elektron formada Agentliyə operativ və rahat göndərə biləcəklər. Bu imkan açıq məkandakı reklamlara nəzarətin daha effektiv təşkilinə, müraciətlərin çevik emalına və proseslərin əlavə resurs tələb etmədən optimallaşdırılmasına şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [13:50]
Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]