Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Arzu Alıyeva: Hüquqlarınızı qorumaq üçün hüquqşünas olmaq lazım deyil

®  Arzu Alıyeva: Hüquqlarınızı qorumaq üçün hüquqşünas olmaq lazım deyil

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin hüquqi yardım almaq hüququ var. Bu hüququmuzu realizə etmək üçün isə hamımızın vəkillərə ehtiyacı var. Ölkəmizdə son illər vəkillik institutu kifayət qədər inkişaf edib. Vəkilin ədalətli məhkəmə qərarlarının çıxarılmasında oynadığı vacib rol danılmazdır. Bu gün respublikamızda əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi üzrə hüquqi yardım göstərən vəkil büroları, hüquqşünaslar az olduğu üçün pensiya məsələləri və pensiya hüququna dair AZƏRTAC-ın suallarını məhz bu sahədə ixtisaslaşmış azsaylı mütəxəssislərdən biri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü , "Hüquq Bürosu" MMC-nin təsisçi-direktoru, tanınmış hüquqşünas Arzu Alıyeva cavablandırıb.

-Arzu xanım, rəhbərlik etdiyiniz "Hüquq Bürosu"na vətəndaşlar əsasən hansı xidmətlərlə bağlı müraciət edirlər?

-"Hüquq Bürosu" MMC tərəfimdən 2010-cu ildə təsis olunub. Büromuzun əsas fəaliyyət istiqaməti hüquqi və fiziki şəxslərə, habelə dövlət orqanlarına, hökumət və qeyri-hökumət təşkilatlarına, qanunvericiliyə əsasən yaradılmış digər təşkilatlara hüquqi yardım göstərilməsindən ibarətdir. Xüsusilə əmək pensiyaları və sosial müavinətlərin təyin edilməsi zamanı vətəndaşlara hüquqi xidmət göstəririk. Pensiyaların təyin olunması, pensiyanın bir növündən digər növünə keçilməsi, pensiyaların düzgün hesablanaraq məbləğinin artırılması kimi hüquqi tədbirlərin görülməsini bu sahədə ixtisaslaşmış "Hüquq Bürosu”na həvalə edə bilərsiniz. Həmçinin "Hüquq Bürosu" MMC olaraq ölkəmizdə peşəkar səviyyədə hüquqi təhsillə məşğul olan azsaylı şirkətlərdən biriyik.

-"Hüquq Bürosu”nun hüquqşünaslar və qeyri-hüquqşünaslar üçün təşkil etdiyi kurslar hansı üstünlüklərə malikdir?

-"Hüquq Bürosu” MMC-nin təşkil etdiyi hüquq kursları digər kurslardan fərqlənir. Tərəfimizdən hüquqşünaslar və qeyri-hüquqşünaslar üçün təşkil edilən təlimlər tədris keyfiyyətinə görə öndədir. Dərslər tələbələrimizin gələcəkdə yaranacaq mübahisələrdə tətbiq edə biləcəkləri ən zəruri məcəllələr üzrə tədris olunur. Kurslarımıza qatılan gənc hüquqşünaslar ali məktəbi bitirdikdən sonra nəzəri biliklərə malik olsalar da, konkret məcəllələr üzrə mübahisələri necə həll etməli olduqlarını, məcəllənin konkret hansı maddəsinin tətbiq edilməli olduğunu öyrənirlər.

Qeyri-hüquqşünaslar üçün nəzərdə tutulan -“Öz vəkilin ol” təlimlərindən sonra onlar məhkəmələrdə və hüquq-mühafizə orqanlarında özlərinin və yaxın qohumlarının, məhkəməyə qədər instansiyalarda isə istənilən şəxsin hüquqlarını sərbəst şəkildə müdafiə edə bilərlər. Yəni onlar bu kursları bitirdikdən sonra həqiqətən də, öz vəkilləri olurlar. Bu gün hüquqlarınızı qorumaq üçün mütləq hüquqşünas olmaq lazım deyil.

Hüquqşünaslar isə kurslarımıza qatılmaqla vəkillik, hakimlik ixtisası üzrə imtahanlara hazırlaşa, öz peşəkarlıqlarını artıra bilərlər. Tədris olunan mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunub. Hüquq dərslərimiz 6 ay davam edir və kursun sonunda sertifikat verilir. Qeyd edim ki, bu gün hüquq mübahisələrinin alternativ yolla həll edilməsi, eləcə də məhkəmələr başda olmaqla, hüquqi mübahisələrin nizamlanması ilə məşğul olan dövlət orqanlarının iş yükünün azaldılması vasitəsi kimi mediasiya institutunun milli hüquq sisteminə əhəmiyyətli fayda verməsi üçün hüquqşünas olmayan mediatorlarımızın da hüquqi biliklərinin artırılması vacibdir. Çünki peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün hüquqşünas olmayan mediatorların da hüququ bilmələri üstünlükdür. Belə olan halda onların göstərdikləri xidmət də keyfiyyətli olacaq.

-Arzu xanım, sizə ən çox müraciət olunan məsələlərdən biri də pensiya hüququna dair mübahisələrdir. Bu zaman əsas sual doğuran məqamlar hansılardır?

- "Hüquq Bürosu" pensiya hüquqlarının bərpası üzrə vətəndaşlara hərtərəfli hüquqi yardım göstərir. Adətən pensiya, müavinət və təqaüdlərin təyin edilməsi, iş stajının, kapitalın düzgün hesablanmaması, pensiya təyin olunmasından imtina edilməsi və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edir. Əsas problemlər isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı yaşanır.

-Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir və əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq mümkündürmü?

-Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırda ümumi qaydada yaşa görə əmək pensiyası üçün yaş həddi kişilərdə 65 yaş, qadınlarda 2024-cü ilin iyulun 1-dən etibarən 64 yaş müəyyən edilib. Sualınıza cavab olaraq bildirmək istərdim ki, bəli, əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq olar. Bu, hansı hallarda mümkündür?

Qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Əlilliyi olan həmin şəxslərin qanunla tələb olunan qədər sığorta stajı olduqda isə onlara əlilliyə görə əmək pensiyaları təyin oluna bilər.

-Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?

-Bu, tez-tez qarşılaşdığımız suallardandır. Məbləğlər tez-tez dəyişdiyi üçün insanlar arasında çaşqınlıq yaranır. Ona görə də bunun bir düsturu var. Necə müəyyən edək ki, minimum kapital nə qədərdir? Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir. Bu il üçün minimum pensiya məbləği isə 280 manatdır. Pensiya üçün tələb olunan pensiya kapitalını müəyyən etmək üçün bir qayda olaraq, minimum pensiya məbləği 144 aya vurulur və alınan məbləğ minimum pensiya kapitalı olur. Müvafiq olaraq, minimum pensiya məbləği artdıqca pensiyaçılar üçün də maliyyə tələbləri artır. Hazırda pensiya üçün minimum pensiya kapitalı 40 min manatı bir qədər ötüb (144 x 280 = 40 320)

-Əgər tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxdursa, bu halda şəxs əmək pensiyası ala bilərmi?

-Əgər tələb edilən yığım mümkün olmayıbsa, vətəndaş çatışmayan məbləği ödəyərək kapitalını bütövləşdirə bilər. Bu zaman o, pensiya almaq hüququna malik olur. Qeyd edim ki, yaşa görə pensiya almaq üçün minimum kapital və ya minimum staj tələblərini ödəmək lazımdır. Əgər vətəndaşın 25 il iş stajı yoxdursa və ya tələb edilən yığım kapitalı tamamlanmayıbsa, həmin şəxsə pensiya təyin olunmayacaq. Yalnız sosial müavinət alacaq.

-Müxtəlif pensiya hüququ olan şəxslərə neçə pensiya təyin oluna bilər?

-Qanunvericiliklə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

-Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi necə baş verir?

-Yaşa görə, əlilliyə görə və ailə başçısı itirməyə görə əmək pensiyası növlərindən biri təyin edilmiş əmək pensiyaçısının müraciəti əsasında pensiyanın növünün dəyişdirilməsi mümkündür. Əmək pensiyasının bir növündən digər növünə keçmək üçün vətəndaş yazılı ərizə ilə müraciət etməlidir. Yalnız bundan sonra o, digər pensiyanı ala bilər. Mən bir məsələyə də diqqət çəkmək istərdim. Əlilliyi müəyyən edilmiş şəxslər, xüsusilə nitqi qüsurlu insanlar bəzən elə bilirlər ki, onlar yalnız 18 yaşınadək ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanun isə uşaqlıq yaşlarından sağlamlıq imkanları məhdud həmin şəxslərin 18 yaşından sonra da ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu ehtiva edir. Bəzən bizə vətəndaş müraciət edir və bundan xəbərsiz olduğunu deyir. Bu zaman bizə ona 50 yaşı olsa belə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına kömək edirik. Lakin o pensiyasını hüququ yaranan vaxtdan deyil, son üç ilinin yığımını, ailə başçısını itirdiyinə görə təyin olunan pensiyanı isə ömürlük ala bilər.

-Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur?

-Qanuna görə, vəfat edən şəxsin pensiya kapitalını onun pensiya almaq hüququ olan övladları, həyat yoldaşı və valideynləri müəyyən olunan müavinət kimi istifadə edə bilərlər. Amma müəyyən şərtlər daxilində.

Vəfat edən şəxsin 18 yaşına qədər övladı varsa, yaxud 23 yaşına qədər övladı var və o əyani təhsil alırsa, həyat yoldaşı işləmirsə, ata-anasının əmək qabiliyyəti yoxdursa və ya pensiya yaşına çatmışlarsa, onlara vəfat etmiş ailə başçısının pensiya kapitalı əsasında pensiya təyin edilə bilər. Vəfat edən şəxsin pensiya kapitalı var və ailə üzvü yoxdursa, həmin kapital fondun gəlirlərinə daxil olur. Vəsait bacı-qardaşa verilmir. Xaricdə ölən şəxslərin pensiya kapitalı birdəfəlik şəkildə ailəsinə ödənilir. Bizdə vətəndaşlar pensiya kapitalının ailəyə verilməsi üçün müraciəti etsələr də, hələlik bu müzakirə mövzusu deyil. Gələcəkdə bu məqamın qanunda nəzərə alınacağına, bu kapitalın heç olmasa 10-20 faizinin vəfat edən şəxsin birinci dərəcəli vərəsələrinə veriləcəyinə ümid edirik.

-Sosial sığorta stajı nədir və ona daxil edilən iş və ya digər fəaliyyət müddətləri hansılardır?

-Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir.

2006-cı ilə qədər əgər vətəndaş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 1-ci dərəcə əlilə və ya 18 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış ahıla qulluq edirdisə, bu, ona staj olaraq hesablanırdı. Mövcud qanunvericiliyə əsasən, bu, yenə də staj olaraq hesablanır, lakin vətəndaşdan 1 gün olsa belə sığorta stajı tələb olunur. Mən bunu müəyyən qədər vəziyyəti ağırlaşdıran hal hesab edirəm. Biz bu məsələləri mütəmadi olaraq qaldırırıq və adətən müsbət nəticələr əldə edirik. Ümid edirəm ki, yenə də müsbət nəticə əldə edəcəyik. Mən xüsusən də inzibati məhkəmələrdə çalışan hakimlərimizə həddindən artıq minnətdaram. Onlar qanunu dərinliyinə qədər araşdırır, ədalətli qərarlar qəbul edirlər. Sevindirici haldır ki, qanunda rastlaşdığımız boşluqlar da adətən dəfələrlə qaldırıldıqdan sonra aradan qaldırılır.

-Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?

-Xidməti müqavilə ilə işə cəlb edilmiş şəxslər fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçiblərsə, gəlir vergisi və sosial sığorta ödənişləri onlar tərəfindən hesablanır və ödənilir. Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü müstəqil olaraq hesablayıb bəyan edilməklə dövlət büdcəsinə ödəyir.

Yığım hesabında vəsaitin əmək, yoxsa xidməti müqavilə ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək. 25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq pensiya ala biləcək.

-Arzu xanım, “qanunun geriyə qüvvəsi “hüquqi anlayışı pensiya hüququ mübahisələrinə də şamil edilirmi?

-Konstitusiyanın 149-cu maddəsinin VII bəndinə əsasən, “VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Bu meyarları hüquq normasının geriyə şamil olunmasını şərtləndirən müsbət nəticə meyarları kimi səciyyələndirmək olar. Amma təəssüf ki, bəzən mülki mübahisələr zamanı və pensiya hesablamalarında bu, tətbiq edilmir.

Bir misal çəkək, 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna bir çox dəyişikliklər edildi. Bu dəyişikliklərdən biri də güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının hesablanması qaydasına olan dəyişiklik oldu. 2017-ci ilə qədər həmin şəxslərə pensiya ümumi qayda ilə, yığılan kapital nəzərə alınaraq məbləği 144-ə bölməklə hesablanırdı. Sadəcə, onlar güzəşt olaraq 5 il tez pensiya hüququ qazanırdı. 2017-ci ildə edilən dəyişikliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin pensiyasının hesablanma qaydasına dəyişiklik edildi. Pensiya üçün tələb olunan yığım kapitalı 144-ə yox, 204-ə bölündü. Biz dəfələrlə məhkəmələrdə məsələni müzakirə etdik, qərarın dəyişdirilməsi üçün çalışdıq. Nəhayət, 2022-ci ildə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunla həmin hissə 45-ci maddədən çıxarıldı. Lakin Qanunun 2.2-ci maddəsinə əsasən 2017-2022-ci illər kəsiyində pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə yeni qayda (2017-ci ilə qədər olan qayda) tətbiq edilmədi. Nəticədə 2017-ci ildən 2022-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ yaranmış şəxslərin pensiya təminatı aşağı düşdü. Sözügedən Qanuna 2017-ci və 2022-ci illərdə olan dəyişikliklərin praktikada tətbiqinin sadə dildə izahı: 2017-ci ilədək güzəştli şərtlərlə pensiya təyin olunan vətəndaşların pensiya kapitalı 144-ə bölünürdü. 2017-ci ilin iyulun 1-dən sonra 204-ə bölündü və 2022-ci il 13 may tarixində Qanuna dəyişikliklər edildi və yenidən pensiya kapitalı 204-ə deyil, 144-ə bölünməyə başladı. Bundan sonra pensiyaçıların pensiya təminatı yaxşılaşdı. Lakin bu dəyişikliklə bağlı Qanunun 2-ci maddəsinə əsasən, yəni 2022-ci ildə olunan dəyişiklik geriyə tətbiq edilmədi. Lakin biz vəkillər ümidimizi itirmirik, düşünürəm ki, yaxın gələcəkdə bu məqam da öz həllini tapacaq.

-Arzu xanım, son olaraq oxucularımıza nə demək istərdiniz?

-Öz hüquqlarınızı yorulmadan müdafiə edin! Unutmayın ki, zəfər hər zaman haqq yolunda olanlarındır!

"Hüquq Bürosu" MMC-nin təsisçi-direktoru, vəkil Arzu Alıyeva

(055) 694 23 12

(050) 355 75 83

https://www.instagram.com/huquq_burosu/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür