® “Avrora Qrup” əməkdaşları könüllü qanvermə aksiyasında iştirak edib
“Avrora Qrup”un mərkəzi ofisində könüllü qanvermə aksiyası keçirilib. “Avrora Qrup” və Elmi-Tədqiqat Hematologiya və Transfoziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada “Avrora” şirkətinin istehsal, ofis və satış əməkdaşları iştirak ediblər.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Qeyd edək ki, qanvermə aksiyası zamanı əldə edilən qan talassemiya və hemofiliya xəstəliyinə görə müalicə olunan uşaqlara göndəriləcək.
#bizbirlikdəgüclüyük #mükəmməllikmümkündür #AvroraMMC #AvroraQrup