Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Caspian Energy Club” Azərbaycanda ilin ən böyük “networking” tədbirini təşkil edib

“Gülüstan” sarayında ilin ən böyük “networking” tədbiri olan, “Yaşıl dünya naminə həmrəylik ili” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatının təltifetmə mərasimi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil olunub.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Ölkənin biznes dairələrinin mühüm simalarını bir araya gətirən tədbir barədə məlumat verən Telman Əliyev qeyd edib ki, 11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatı ölkənin və beynəlxalq səviyyədə iş dünyasında fərqlənən şirkətlərin uğurlarını tanıtmaq məqsədini daşıyır. “Tədbirdən öncə biz müxtəlif suallar əsasında sorğu keçiririk: “⁠Etibarlı tərəfdaş” statusu sizdə hansı dövlət və ya özəl şirkətin adı ilə assosiasiya olunur?”, “⁠İndiki fəaliyyətinizdə hansı dövlət və ya özəl şirkətlə əməkdaşlıqdan tam razısınız?”, “İndiki fəaliyyətinizdə hansı özəl və ya dövlət şirkəti ilə əməkdaşlıq etmək istərdiniz, lakin hansısa səbəblərdən edə bilmirsiniz?”, “Hansı özəl və ya dövlət şirkətləri ilə əvvəllər əməkdaşlıq etmisiniz, amma hansısa səbəblərdən imtina etməyə qərara gəlmisiniz?”, “Hansı özəl və ya dövlət şirkətləri ilə heç bir halda əməkdaşlıq etmək istəməzsiniz?”, “⁠Hansı özəl və ya dövlət şirkətləri ilə əməkdaşlığı öz dostlarınıza və partnyorlarınıza tövsiyə edərsiniz?”. Bu suallar əsasında etibarlı və etibarsız şirkətlərin şərti reytinqini tərtib edirik. İlin sonunda bu reytinqə əsaslanaraq liderləri müəyyən edir və onlara mükafat təqdim edirik. Bu müntəzəm tədbirin keçirilməsi xoş bir ənənəyə çevrilib və artıq 11-ci ildir ki, biz Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərini bir araya toplayaraq ilin ən böyük “networking” tədbirini təşkil edirik”, – deyə Telman Əliyev bildirib və əlavə edib ki, nominantlar “Caspian Energy Club”a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu əsasında müəyyən ediliblər. Mükafatlar iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətləri əhatə edir.

Telman Əliyev onu da əlavə edib ki, xaricdə çalışan hər hansı bir şirkət, bu reytinqə daxil olan şirkətlərlə əməkdaşlıq etmək istədikdə, “Caspian Energy Club”a müraciət edir və onlara reytinqə əsasən uyğun şirkətlər haqqında rəy və tövsiyə verilir.

11-ci Beynəlxalq “Caspian Business Award 2024” tədbiri dövlət qurumlarının və nazirliklərin rəhbərləri, “Caspian Energy Club”a üzv olan, habelə kluba üzv olmayan aparıcı şirkətlərin top-menecerlərini bir araya gətirib.

11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatını “İlin şirkətlər qrupu” nominasiyasında “My Group”, “İlin logistika şirkəti” nominasiyasında ASE Şirkətlər Qrupu, “İlin toyuq məhsulları istehsalçısı” nominasiyasında “Azerbaijan Poultry Company” MMC (“Mərcan”), “İlin informasiya texnologiyaları şirkəti” nominasiyasında “CASPEL”, “İlin sərgi təşkilatçısı” nominasiyasında “Caspian Event Organisers”, “İlin süd məhsulları istehsalçısı” nominasiyasında “Atena” MMC, “İlin sığorta şirkəti” nominasiyasında ⁠“Azərbaycan Sənaye Sığorta” ASC, “İlin dayanıqlılıq üzrə konsaltinq şirkəti” nominasiyasında “Sustainera Solutions”, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasında “Azpetrol LTD” MMC, “İlin hotellər qrupu” nominasiyasında “Hotels Group”, “İlin aqrosənaye şirkəti” nominasiyasında “Azərşəkər” MMC, “İlin ödəniş sistemi” nominasiyasında “Odero”, “İlin isitmə və havalandırma sistemləri (HVAC) üzrə” nominasiyasında “Yusi Ko” MMC, “İlin tikinti şirkəti” nominasiyasında “Maqro Construction”, “İlin kənd təsərrüfatı təyinatlı texnikasının distribütoru” nominasiyasında “Agritex”, “İlin korporativ mebel istehsalçısı” nominasiyasında “VİTAM” və “İlin qənnadı məhsulları istehsalçısı” nominasiyasında Ləzzət Şirkətlər Qrupu bu mükafatı əldə edib.

“Maliyyə sektorunun inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, “Sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında “Caspian Business Award 2024” mükafatına “Azersun Holding”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl, “Cahan Holding”in prezidenti Vüqar Abbasov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, “Financial Chain Corporation” (FChain) şirkətinin təsisçisi və baş direktoru Namiq Qədirov, “Debet Safety”nin baş direktoru Əsəd Nəsrullayev, “Yağmur – 2” MMC-nin baş direktoru Namiq Hacıyev mükafata layiq görülüblər.

11-ci Beynəlxalq “Caspian Business Award 2024”ün gümüş sponsorları sırasında “Aqualink”, “Аts Food”, “Az İnşaat Holdinq”, “Azeriqaz”, “Badamlı”, “Bon Accord Engineering Supplies (Caspian) Ltd”, “Debet Safety”, “ERP Systems”, “FranklinCovey”, “Gazelli Group Ltd”, “Hira Construction and Supply”, “Karcher”, “Krikon”, “Maks Company”, “Mg Transport”, “Mineral Sular”, “Orion Group”, “Port of Baku”, “Sarı Makina”, “S-enna MMC”, “SKN Electrical Services”, “STP Global Cable”, “UPS Construction”, “VİA Ad Lucem”, “VİEN Group” şirkətləri, bürünc sponsorları sırasında isə “Borusan makina”, “ERTAGRO MMC”, “F5 MMC”, “Nant MMC”, “Provitaz MMC”, “QRANIT QP MMC”, “Reges Tikinti Materialları MMC”, “Smartbee”, “SR Audit”, “United Payment” və “Zetash” şirkətləri yer alıblar.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes “networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın, həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. Beş il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb