İQTİSADİYYAT
® “Kapital Bank” “SWIFT”in Milli İstifadəçi Qruplarının iclasına qatılıb

Xəbər verdiyimiz kimi, “Kapital Bank” oktyabrın 10-13-də Niderland krallığının paytaxtı Amsterdam şəhərində keçirilən ənənəvi “Sibos 2022” sərgi-konfransında iştirak edib.
“Sibos” səfəri çərçivəsində “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynal Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) Milli İstifadəçi Qruplarının iclasına qatılıb. Müxtəlif ölkələr üzrə koordinatorların iştirakı ilə keçirilən “SWIFT”in yığıncağında beynəlxalq ödənişlər sahəsində gündəmdə olan mövzular və gələcəkdə keçiriləcək layihələr müzakirə olunub, təqdimatlar keçirilib. Tədbir iştirakçıları yerli bazarlarda “SWIFT”in tətbiq olunmasına dair öz təcrübələrini paylaşıblar, texniki və əməliyyat məsələləri ilə bağlı fikirlər bildiriblər. İclasda çıxış edən Nahid Zeynal “SWIFT”in Azərbaycandakı fəaliyyəti, həmçinin ölkədə ödənişlər sahəsində uğurla həyata keçirilən layihələr və yeniliklər barədə öz beynəlxalq həmkarlarına məlumat verib.
Qeyd edək ki, “SWIFT” banklar arasında məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemidir. Sistemin biznes imkanlarının təşviqi məqsədilə “SWIFT”in Milli İstifadəçi Qrupları fəaliyyət göstərir. “Kapital Bank”ın Baş İnformasiya İnzibatçısı Nahid Zeynal 2017-ci ildən “SWIFT”in Azərbaycan üzrə İstifadəçilər Qrupunun rəhbəridir.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün - https://kbl.az/tkstcrd.