İQTİSADİYYAT
® “Kapital Bank”ın nağd kredit lotereyasının final tirajının qalibləri bəlli olub
![® “Kapital Bank”ın nağd kredit lotereyasının final tirajının qalibləri bəlli olub](/files/2024/2/1200x630/17182024266086049043_1200x630.jpg)
Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı “Kapital Bank”da nağd kredit əldə edən müştərilər üçün lotereya keçirilirdi.
Lotereyanın şərtlərinə əsasən, 15 aprel-3 iyun tarixlərində “Gündəlik tələbat krediti” rəsmiləşdirilən müştərilər avtomatik olaraq lotereyada iştirak edib qalib ola bilərdilər.
İyunun 12-də lotereyanın 2-ci və final tirajları baş tutub. Canlı yayımda təsadüfi üsulla seçilən 23 nəfər 2-ci tirajın qalibi olub. Qaliblər əldə etdikləri kreditin maksimum 500 manat aylıq ödənişini hədiyyə olaraq qazanıblar.
2-ci tirajın qalibləri haqqında ətraflı məlumat: https://kbl.az/prqi
Bundan başqa, 15 aprel-3 iyun tarixləri aralığında nağd kredit əldə edən müştərilər arasında keçirilən təsadüfi seçimdə 4 nəfər final tirajının qalibi olub. Qaliblər kreditlərinin maksimum 10 min manat olmaqla tam ödənişini hədiyyə olaraq qazanıblar. Final tirajının qalibləri haqqında ətraflı məlumat: https://kbl.az/prqf
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc