İQTİSADİYYAT
® “Kartmane” kart sahibləri 1,5 milyon manat keşbek qazanıblar
Keşbek kartları sırasında bazarda rəqiblərinə meydan oxuyan “Rabitəbank” ASC müştərilərinin “Kartmane” kartı ilə alış-verişlərində qazandıqları məbləği açıqlayıb. Belə ki, “Kartmane” kart sahibləri 9 ay ərzində 12,5 milyon manat keşbek əldə ediblər.
“Rabitəbank” açıqlayıb ki, bu məbləğin 6,5 milyon manatı yanacaqdoldurma məntəqələrində olunan ödənişlərə (YDM-lərdə 10 faiz keşbek), təxminən 260 min manatı market və restoranların payına (market-restoranlarda 5 faiz keşbek), 5,6 milyon manat isə hər yerdə olunan ödənişlərə (hər yerdə 2 faiz keşbek) düşür. Həmçinin qazanılan keşbeklər sırasında “Azercell” keşbekləri və millər də var. Bəs keşbek kartı nədir, hansı üstünlükləri var? Keşbek – xərclənən pulun bir hissəsinin bonus şəklində müştərinin xeyrinə qayıtması prosesidir. Məsələn, müştəri debet kartı ilə yanacaqdoldurma məntəqəsindən yanacaq doldurur və ümumi xərci 50 AZN təşkil edir. Bu zaman keşbek kartı tərəfindən müştəriyə qayıdan məbləğ ümumi xərcin 10 faizini təşkil edəcək.
Qeyd edək ki, “Rabitəbank”ın məhsulu olan “Kartmane”nin 5 keşbek növü mövcuddur: YDM (10 faiz), market və restoranlar (5 faiz), bütün ödənişlərdə (2 faiz), “Azercell” keşbekləri (1 AZN=1 bal) və millər (1 AZN=1 mil).
Müştəri özünə uyğun keşbek növünü seçməklə, nağdsız ödənişdə xərclədiyi məbləğləri geri qaytara bilər. 500-dən çox tərəfdaşı olan “Kartmane” ilə edilən alış-verişlərdən 40 faizədək keşbek qazanmaq mümkündür. Tərəfdaşların siyahısını linkdən görə bilərsiniz: https://rbt.az/Terefdas
“Kartmane” kartları haqqında ətraflı məlumat və sifariş üçün https://rbt.az/Kart-Sifaris linkinə keçid edə, “133” Çağrı mərkəzinə müraciət ünvanlaya və ya bankın sosial media kanalları üzərindən sorğu göndərə bilərsiniz. Həmçinin bankın filiallarına yaxınlaşaraq sifarişinizi həyata keçirə bilərsiniz.