Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Müalicə olunmadıqda, osteoxondroz çox ağır fəsadlara, əlilliyə də səbəb ola bilər - Dr.Səidə Kərimova

®  Müalicə olunmadıqda, osteoxondroz çox ağır fəsadlara, əlilliyə də səbəb ola bilər - Dr.Səidə Kərimova

Damar xəstəliklərindən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. İnsanların əksəriyyətində osteoxondroz var. Bunun səbəbini həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Lakin elə bir dövrdə yaşayırıq ki, oturaq həyat tərzinə öyrəşir, sağlam qidalanmaq üçün isə lazım olan ekoloji təmiz məhsulları seçə bilmirik. Qeyd edək ki, xarici ölkələrdə bu xəstəlik Spondilyoz və Spinal Osteoartrit xəstəlikləri kimi adlanır. Osteoxondrozun qarşısını almaq üçün nə etməliyik? Ümumiyyətlə, bu xəstəlik haqqında nələri bilməliyik? Bütün bu suallarla Mərkəzi Gömrük Hospitalının fizioterapevti - Dr.Səidə Kərimovaya müraciət etdik.

-Səidə xanım, osteoxondroz xəstəliyi nədir?

- Osteoxondroz - insanlar arasında çox yayılmış fəqərə sütunu xəstəliyidir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir - qığırdaq fəqərələrə bir birini sıxmağa imkan vermir. Qığırdaq zədələndikdə fəqərələr bir birini sıxmağa başlayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır. Bu isə müxtəlif pozulmalara səbəb olur.

- Bəs osteoxondroz hansı əlamətlərlə özünü büruzə verir?

-Osteoxondrozun növündən asılı olaraq əlamətlər də dəyişir. Belə ki, boyun osteoxondrozu baş ağrıları, başgicəllənməsi, boyun nahiyəsində və qollarda ağrılar, qolların keyiməsi, qulaqlarda küy, beyin qan dövranı pozulması, diqqət və yaddaşın zəifləməsi kimi əlamətlərlə özünü büruzə verir. Onurğa sütunu döş hissəsi osteoxondrozu zamanı ürək, mədə və bağırsaqlarda ağrılar ola bilər.

Bel fəqərələri osteoxondrozu zamanı bel nahiyəsində və ayaqlarda ağrılar, baldırlarda qıcolmalar və s. ola bilər. Onurğa sütunu yırtıqları inkişaf etdikcə onurğa beyini sıxılmağa başlayır. Bu səbəbdən xəstənin ayaqlarının tutulması, xəstənin yeriyə bilməməsi və s. kimi problemlər yarana bilər.

- Osteoxondrozun inkişafına hansı amillər təsir edir?

-Osteoxondrozun inkişafına irsiyyət, azhərəkətli həyat tərzi, artıq çəki, ağır yüklərin qaldırılması, travma və mikrotravmalar kimi amillər təkan verir. Osteoxondroz uzun illər ərzində inkişaf edir.

-Bu xəstəliyi tam müalicə etmək necə, mümkündürmü?

-Hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyi ilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara, əlilliyə də gətirib çıxarda bilər.

Osteoxondrozun kəskin dövrlərində, xüsusilə döş və bel osteoxondrozu zamanı xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz bərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən, o cümlədən boyun korseti, bel korseti və s. istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün hər bir pasiyentə uyğun xüsusi preparatlar təyin olunur. Həmçinin boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur. Çox ağır, müalicəsiz buraxılmış hallarda, həmçinin onurğa beyini sıxılması zamanı cərrahi müdaxilə tətbiq edilir.

Qeyd etmək istəyirəm ki, osteoxondrozun müalicəsi ilə yalnız bu işdə geniş bilikləri və təcrübəsi olan mütəxəssis məşğul olmalıdır. Düzgün aparılmayan müalicə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.

Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi masaj və müalicəvi fiziki tərbiyə, manual terapiya, fizioterapiya (elektroforez), onurğa sütunu uzatması, xüsusi müalicəvi vannalar, bəzi dərman preparatları tətbiq edilir.

-Hansı idman növü osteoxondrozun müalicəsinə müsbət təsir edir?

- Maraqlı sualdır, təşəkkür edirəm. Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış metodlardan biridir. Su onurğa sütununda olan gərginliyi azaldır, "masaj" edir, onurğa sütununu saxlayan əzələləri bərkidir.

-Səidə xanım, Mərkəzi Gömrük Hospitalının fizioterapiya şöbəsində osteoxondroz xəstələrinə hansı kompleks müalicəni tətbiq edirsiniz? Pasiyentlərə nə tövsiyə edərdiniz?

-Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsi ən son avadanlıqlarla təchiz olunmuşdur. Aparılan müalicələr klinik protokollara uyğun kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsilə həyata keçirilir. Hospitalda ultrasəs, kombinə elektroterapiyası, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, hot pack, cold pack, maqnitoterapiya, balneoterapiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biopunktura, biorezonans, zərbə dalğa terapiyası kimi müalicə üsulları tətbiq olunur.

Pasiyentlərimizə isə tövsiyəm budur ki, bir qədər fəal həyat tərzinə keçsinlər: daha çox açıq havada gəzsinlər, heç olmasa, gündə 1-2 dəfə ən sadə idman hərəkətləri etsinlər, bədənlərində hər hansı ağrı, narahatlıq hiss edən kimi həkimə müraciət etsinlər. Bununla ağır xəstəliklərin vaxtında qarşısını almaq mümkündür.

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

 

Müsahibəni apardı

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Dilara Zamanova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib VİDEO

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Türkiyədən qardaş Azərbaycana daha bir bayram təbriki

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

Bu saata olan əsas xəbərlər

Şimali Kipr XİN: Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır

Zaur Cəfərov pauerliftinq üzrə Avropa çempionatına baş hakim təyin olunub

Bişkekdə 28 May – Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və sevincini ürəkdən paylaşırıq

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Zati-aliləri cənab Abiy Əhməd Əliyə

Agentlik: Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 10600-dək şəxsin məşğulluğu təmin edilib

Serdar Ünsal: Müstəqillik məşəli Azərbaycanın gənc nəsli üçün ilham mənbəyidir

Çində avtomobil qəzasında 13 nəfər ölüb

Premyer Liqada çıxış etmək uğrunda pley-off oyunu: "Qəbələ" "Mingəçevir"ə qarşı

Dunay çayının sahilində Müstəqillik Gününə həsr olunmuş tədbir

Naxçıvan şəhərində fermer və sahibkarların elektrik enerjisinin verilişi ilə bağlı müraciətləri dinlənilib