® “Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Şirkət tətbiqə yeni qoşulan abunəçilərə 5GB internet hədiyyə edir
“Azercell Telekom” MMC müştərilərinin rəqəmsal təcrübəsini daha da zənginləşdirmək məqsədilə “Azercell” mobil tətbiqi çərçivəsində “Dostunla paylaş” funksiyasını təqdim edir.
Yeni funksiya tətbiq istifadəçilərinə digər “Azercell” abunəçilərini platformaya dəvət etməklə əlavə üstünlüklər qazanmaq imkanı yaradır. Bunun üçün istifadəçi tətbiq üzərindən özünə məxsus dəvət kodunu paylaşır. Dəvət olunan abunəçi tətbiqi yükləyərək qeydiyyatdan keçir, müvafiq kodu daxil edir və 24 saat ərzində tətbiqin təklif etdiyi xidmətlərdən birini aktivləşdirir- məsələn, yeni tarifə qoşulma və ya mövcud paketin yenilənməsi. Bu şərtlər yerinə yetirildikdən sonra hər iki tərəf üçün bonuslar hesablanır.
Hər uğurlu qoşulmaya görə dəvəti göndərən istifadəçi 3 manat bonus əldə edir, tətbiqə yeni qoşulan abunəçilərə isə 5GB həcmində aylıq internet paketi hədiyyə edilir.
“Azercell” tətbiqin funksionallığını artıraraq xidmətlərindən daha sürətli və rahat yararlanmaq imkanını genişləndirməyə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]