"Azercell"in baza stansiyalarının sayı 4834-ə çatıb
Bakı, 8 iyul, AZƏRTAC
"Azercell Telekom" bu ilin əvvəlindən yeni 2G, 3G və 4G baza stansiyasını istifadəyə verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, iyul ayında 10 sayda 2G, 36 sayda 3G baza stansiyası quraşdırılıb. Hazırda ölkədə "Azercell"in 2690 sayda 2G, 1880 sayda 3G və 264 sayda 4G baza stansiyası mövcuddur. Şirkət 4834 baza stansiyası ilə fəaliyyət göstərir.
"Azercell Telekom" son iki ildə öz şəbəkəsini 25 faiz daha da gücləndirib. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən şirkət ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]