"Bakcell” “Gold" abunəçilər üçün rouminq kampaniyasını təqdim edir
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycanın mobil operatoru "Bakcell" şirkətinin rouminqdə olan kampaniyalarından artıq "Gold" (korporativ) abunəçilər də faydalana bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, sərfəli rouminq xidmətindən yararlanmaq üçün *130#YES kodunu yığmaq yetərlidir. Kampaniya çərçivəsində rouminqdə olarkən daxil olan zənglərin 1 dəqiqəsi 25 qəpik, çıxan zənglərin 1 dəqiqəsi 75 qəpik təşkil edir. Gündəlik xidmət haqqı 35 qəpikdir.
Qeyd edək ki, "Bakcell" şirkətinin korporativ abunəçilərinin sərfəli rouminq qiymətlərindən faydalana biləcəyi ölkələrin sayı 30-dan 37-yə qədər artırılıb. Hazırda abunəçilər, ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. Xarici səfərdə olanlar "Bakcell Rouminq Applikasiyası"ndan istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri, cari rouminq kampaniyaları haqqında məlumatları əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]