"GÖMRÜK XƏBƏRLƏRİ" QƏZETİNİN 8 YAŞI TAMAM OLMUŞDUR
Səkkiz il əvvəl ilk nömrəsi ilə oxucuların görüşünə gələn "Gömrük xəbərləri" qəzeti ötən müddətdə dəsti-xətti, özünəməxsus üslubu ilə tez bir zamanda sevilmiş, geniş oxucu kütləsi qazanmış, Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələri operativ işıqlandırmışdır. Bu mətbu orqanı Azərbaycanda gömrük sahəsində çalışanların fəaliyyəti ilə yanaşl cəmiyyətdə baş verən yenilikləri də ictimaiyyətə çatdırır.“Gömrük xəbərləri”nin yaradıcı kollektivini təbrik edir, onlara uğurlar arzulayırıq. Əminik ki, qəzet fəaliyyətinə və dəsti xəttinə sadiq qalacaq, mətbuatımızın şanlı ənənələrini bundan sonra da layiqincə yaşadacaqdır.