"Mercedes"in pilotu Valtteri Bottas Arktiki rallisində iştirakını təsdiqləyib
Bakı, 19 dekabr, AZƏRTAC
"Mercedes"in pilotu Valtteri Bottas Arktiki rallisində iştirakını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Finlandiya çempionatının ilk mərhələsi olan Arktiki rallisi gələn il yanvarın ortalarında təşkil olunacaq.
V.Bottas ilk dəfə Arktiki rallisində 2019-cu ildə çıxış edib. Həmin il pilot "M-Sport Ford Fıesta" komandasında mübarizə aparıb və beşinci olub. Cari il yarışa "Citroen DS3" komandası ilə qatılan V.Bottas finiş xəttini doqquzuncu keçib.
Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının 2020-ci il mövsümündə "Mercedes" komandasında çıxış edən pilot ümumi sıralamada ikinci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]