"Motorola Solutions” yerli bazara yeni məhsullar çıxaracaq
Bakı, 15 iyun, AZƏRTAC
"Motorola Solutions”un Azərbaycan radiorabitə avadanlığı bazarında payı 50 faizdən çoxdur. Şirkət yaxın vaxtlarda yerli bazara yeni məhsullarını təqdim etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, şirkətin region üzrə rəhbəri "Motorola”nın qurğularından və sistemlərindən ictimai təhlükəsizlik xidmətləri ilə yanaşı, təcili yardım, yanğınsöndürmə, polis sistemində də istifadə edildiyini bildirib. Bundan əlavə, neft-qaz və nəqliyyat sahəsində də "Motorola Solutions”un məhsulları tətbiq olunur.
“Motorola Solutions” şirkəti ictimai təhlükəsizlik və kommersiya müəssisələri üçün radio xidmətləri göstərən təchizatçıdır. Bütün dünyada müştəri bazasına xidmət göstərən şirkət bu sahədə 85 illik təcrübəyə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]