"Qan ver, həyat xilas et!" aksiyasına Bərdə gəncləri də qoşulublar
Bərdə, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
14 İyun - Ümumdünya Qan Donoru Gününə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı ilə keçirilən könüllü qanvermə aksiyasına Bərdə gəncləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 13-də Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Bərdə rayon bölməsində keçirilən qanvermə aksiyasında Qarabağ regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun əməkdaşları, gənclər, idmançılar, könüllülər iştirak ediblər. Aksiyada iştirak edənlər əvvəlcə müayinədən keçib, onların sağlam olub-olmamaları müəyyənləşdirilib.
Humanitar aksiya çərçivəsində əldə edilən qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.