Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Ağdam, 13 iyun, AZƏRTAC

Ağdamın Xıdırlı kəndində yerləşən AYKOL MANAS adına tam orta məktəbdə tarixi gün yaşanıb. 33 illik fasilədən sonra məktəbdə yenidən "Son zəng" çalınıb və işğaldan azad olunmuş bu təhsil ocağı ilk məzunlarını həyata yola salıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün məktəbin həyətində yaşanan sevinc, qürur və kövrəklik hissləri bir-birinə qarışmışdı. Çünki məzun olan gənclər təkcə məktəblə vidalaşmır, həm də uzun illərin həsrətindən sonra doğma torpaqda yenidən başlanan həyatın ilk səhifələrini yazan nəslin nümayəndələri kimi tarixə düşürlər.

Məktəbin ilk məzunlarından olan Günay Zeynalovanın həyat yolu da bu qayıdışın simvoluna çevrilib. Atası Ağdamın Xıdırlı kəndində doğulub boya-başa çatsa da, işğal illərində doğma yurdundan didərgin düşüb. Günay isə Ağdamda doğulmasa da, ailəsinin xatirələri və söhbətləri, bu torpağın sevgisi ilə böyüyüb. O, Bakının Müşfiqabad qəsəbəsində yerləşən qaçqın şəhərciyində 10-cu sinfə qədər təhsil alıb. Ötən ildən etibarən ailəsi ilə birlikdə Ağdama qayıdaraq yenidən qurulan Xıdırlı məktəbində təhsilini davam etdirib. Bu gün isə işğaldan azad olunmuş Xıdırlı məktəbinin ilk məzunlarından biri kimi son zəng sevincini yaşayıb. "Mən burada doğulmasam belə, bu kənd, bu şəhər haqqında həmişə məlumatlarım olub. Ailəm mənə bu yerlərdən danışıb. Nə yaxşı ki, ötən ilin yay aylarında Ağdama köç etdik. Yeni məktəb, yeni dostlar mənim üçün maraqlı idi. Həm qürurvericidir, həm də bir az kədərlidir. Çünki bu, məktəbdə sonuncu ilimizdir", – deyə Günay bildirib.

Gələcək planlarından danışan məzun Qarabağ Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə təhsil almaq istədiyini bildirib. O, universiteti bitirdikdən sonra yenidən doğma məktəbinə qayıdaraq müəllim kimi fəaliyyət göstərməyi arzuladığını deyib.

İlk məzunlardan biri olan Əkbər Əmirlinin ailəsi də illərlə müxtəlif şəhər və rayonlarda məcburi köçkün həyatı yaşayıb. Əkbər 9-cu sinfə qədər Bakıda, 10-cu sinfi isə Göyçayda oxuyub. Ailəsinin Xıdırlıya qayıdışından sonra o, 11-ci sinfi doğma kənddə davam etdirib. "Bizim üçün böyük qürur hissidir ki, işğaldan azad olunmuş ərazilərin ilk məzunlarıyıq", – deyə Əkbər vurğulayıb.

Məzunlar məktəb illəri ilə vidalaşarkən, bu təhsil ocağının ilk fidanları olan birinci sinif şagirdləri isə həyatın yeni mərhələsinə qədəm qoyublar. Onlar doğma yurdda yenidən başlanan həyatın ən kiçik qəhrəmanları kimi bu tarixi günə şahidlik ediblər.

Tədbirdə iştirak edən birinci sinif şagirdləri məzunları şeirlər, mahnılar və rəngarəng çıxışlarla təbrik ediblər. Bayram ab-havası yaradan bu səhnələr sevinc dolu anlara çevrilib.

İbtidai sinif müəllimi Məlahət İbadova müsahibəsində bildirib ki, məlum hadisələr səbəbindən bu məktəbi tərk edəndə cəmi 28 yaşı olub və ibtidai sinif müəllimi kimi çalışıb. Bu gün isə 61 yaşında yenidən doğma məktəbinə qayıdaraq ilk birincilərə dərs deməyin qürurunu yaşayır.

"Fəxr edirəm, sevinirəm, çox şadlanıram ki, yenidən gəlib öz doğma məktəbimdə müəllimlik fəaliyyətimi davam etdirirəm. İlk birincilərə dərs deyirəm", – deyə Məlahət müəllim bildirib.

Tədbirdə Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı, Azərbaycan Milli Ordusunun ilk şəhidi Elbrus Hacıyevin qardaşı Elxan Hacıyev iştirak ediblər. Onlar çıxış edərək məzunları və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıblar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, bu gün Xıdırlı məktəbinin 12 məzunu yeni həyata qədəm qoyur və onların hər biri gələcəkdə qürurla bu məktəbin ilk məzunları olduqlarını xatırlayacaqlar. "Ümid edirik ki, gələcəkdə Azərbaycanın layiqli vətəndaşları olacaq, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər", – deyə o qeyd edib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli isə vurğulayıb ki, bu il Qarabağ regionu üzrə 6315 şagird məzun olub. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 18 ümumi təhsil müəssisəsində isə 128 məzun son zəng sevinci yaşayıb. "Xıdırlı kənd tam orta məktəbində 12 məzun, eyni zamanda 18 nəfər şagird birinci sinfi başa vurub", – deyə Sənan Mənsimli bildirib.

Tədbirdə məktəblilərin hazırladıqları şeirlər, mahnılar, eləcə də Qırğız rəqsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bayram ab-havasında keçən çıxışlar tədbirə xüsusi rəng qatıb.

Məktəbin direktoru Mətanət Məmmədova bildirib ki, təhsil ocağı Qırğızıstan dövləti tərəfindən Azərbaycan dövlətinə və xalqına hədiyyə olaraq tikilib. "Məktəbimiz ikimərtəbəlidir. 2025–2026-cı tədris ilində fəaliyyətə sentyabrın 11-də 125 şagirdlə başlamışıq. Bu gün isə tədris ilini artıq 232 şagirdlə başa vururuq", – deyə direktor qeyd edib.

Və budur, həyəcanlı, kövrək, duyğulu, eyni zamanda sevinc dolu an yetişir. Məktəbin ilk məzunları sonuncu zəngin sədaları altında məktəbin həyətinə doğru qürurlu və inamlı addımlarla irəliləyirlər. Bu addımlar təkcə məktəb illəri ilə vidalaşmağın deyil, həm də doğma yurdda yenidən yazılan həyat hekayəsinin yeni mərhələsinə qədəm qoymağın rəmzinə çevrilir.

Beləliklə, Xıdırlı məktəbində 33 illik fasilədən sonra yenidən son zəng çalındı. Bu zəng təkcə bir tədris ilinin başa çatmasını deyil, illərlə həsrəti çəkilən doğma yurda qayıdışın, yenidən qurulan həyatın və gələcəyə olan inamın sədasını ifadə etdi. Bu gün məktəbin ilk məzunları uşaqlıq illəri ilə vidalaşaraq yeni həyata qədəm qoydular. Onların sevinci, həyəcanı və qüruru isə bu tarixi anın şahidi olan hər kəsin yaddaşında unudulmaz iz buraxdı.

Müxbir- Rəşad Türkoğlu

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir