Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abbasqulu ağa Bakıxanovun yeni çap olunmuş əsərləri ictimaiyyətə təqdim edilib

Bakı, 29 may, AZƏRTAC

Xəzər Universitetində Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan mütəfəkkir alim, şair və ədib Abbasqulu ağa Bakıxanovun əsərlərinin təqdimatı olub.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimi maarifpərvər alim Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230-cu ildönümü münasibətilə Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun dəstəyi ilə təşkil edilib.

Görkəmli mütəfəkkirin yubileyi ərəfəsində “Təhzibi-əxlaq” və “Mirat ül-cəmal” əsərlərinin əlyazma nüsxələri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı, Güney Azərbaycandan olan tədqiqatçı, “Səminketab İraniyan” müəssisəsinin qurucusu və müdiri Hədiyyə Zəhra Əhmədi və Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun qurucusu və həmtəsisçisi Şəhram Oromi tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq əsərlərin orijinal mətni, müqəddimə, qeyd və şərhləri ilə birlikdə çap edilib.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı görkəmli maarifçi, yazıçı, ensiklopedik zəka sahibi Abbasqulu ağa Bakıxanovun zəngin həyat yolundan, yaradıcılığından, Azərbaycan tarixşünaslığındakı rolundan danışıb.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxışında Abbasqulu ağa Bakıxanovun tərcümə və nəşr olunan əsərlərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Təhzibi-Əxlaq” əsəri 1980-cı illərdə tanınmış tərcüməçi-alim Məmmədağa Sultanov tərəfindən tərcümə edilib, lakin sovet dövründəki mövcud ideoloji-siyasi yanaşma bu əsərin tam şəkildə Azərbaycan oxucusuna çatdırılmasına mane olub. Alim qeyd edib ki, bu əsərlərin yeni tərcümədə və farsca orijinal mətnləri ilə birlikdə yenidən oxucu auditoriyasına təqdim edilməsi Abbasqulu ağa Bakıxanovun dərin məzmunlu və əhatəli yaradıcılığı ilə bağlı gələcək tədqiqatlar üçün yeni cığırların açılmasına zəmin yaradır.

Tədbirdə əsərləri tərtib və tərcümə edən müəlliflərdən Şəhram Oromi çıxış edərək “Təhzibi-əxlaq”ın Abbasqulu ağa Bakıxanovun ən qiymətli əxlaqi-fəlsəfi əsərlərindən biri olduğunu söyləyib. O, bu əsəri əvvəllər ilk dəfə aşkar edib oxuculara təqdim edən mərhum şərqşünas alim Məmmədağa Sultanovun və əsərin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma nüsxəsi ilə tanış olmaq üçün onlara yardım göstərən institutun sabiq icraçı direktoru, mərhum professor Paşa Kərimovun xatirəsini hörmətlə yad edib. Şəhram Oromi “Təhzibi-əxlaq”ın yenidən tərcümə olunaraq ayrıca kitab şəklində ədəbi ictimaiyyətə təqdim edilməsində əsas məqsədin müasir dövrdə oxucuları, xüsusilə gəncləri böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovun dəyərli fikirləri ilə tanış etmək olduğunu bildirib.

Abbasqulu ağa Bakıxanovun əsərlərinin digər tərtibçisi və tərcüməçisi Hədiyyə Zəhra Əhmədi isə diqqətə çatdırıb ki, müəlliflər tərəfindən Abbasqulu ağa Bakıxanovun 1831-1837-ci illərdə fars dilində nəsrlə yazılmış “Təhzibi-əxlaq” əsəri Azərbaycanda və İranda mövcud olan dörd əlyazma nüsxəsi əsasında çapa hazırlanıb, tərcümə və şərh edilib. 1829-cu ildə fars dilində irfani mövzuda yazılmış mənzum “Mirat ül-cəmal” əsərinin isə Tehranda İran Milli Kitabxanası və Sənədlər Mərkəzində saxlanılan yeganə və tam əlyazma nüsxəsi əsasında ilk dəfə elmi-tənqidi mətni hazırlanıb, xülasə şəklində Azərbaycan dilinə tərcümə olunub. O, oxuculara təqdim edilən “Mirat ül-cəmal” əsərinin Azərbaycanın tanınmış sufi şairi Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisinə yazılan ən gözəl nəzirələrdən biri olduğunu bildirib.

AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri professor Şahin Fazil, Yasamal rayon MKS-nin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının müdiri Lətifə Məmmədova, hər iki əsərin tərcümə redaktoru, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq, Əlyazmalar İnstitutunun əməkdaşı Aytən Quliyeva çıxış edərək təqdim olunan əsərlər haqqında fikirlərini bölüşüblər.

Sonda Bakıxanovlar nəslinin layiqli davamçısı, görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanov çıxış edərək Abbasqulu ağa Bakıxanovun əsərlərini tərtib və tərcümə edən müəlliflərə, eləcə də təqdimat mərasiminin təşkilatçılarına minnətdarlığını bildirib.

Təqdimat mərasimi şeir və musiqi dəqiqələri ilə davam etdirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub