MƏDƏNİYYƏT
Abdulla Şaiqin mənzil-muzeyində “Heydər Əliyev uşaqların gözü ilə” adlı tədbir keçirilib
![](/files/galleryphoto/2023/3/1200x630/16975484115132033950_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16975484115030743022_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16975484113905516947_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697548411132763743_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16975484112171446411_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697548411440362881_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697548411481997702_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697548411156242776_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/169754841128808807_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16975484112387932090_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16975484114095463075_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16975484111154827052_1200x630.jpg)
Bakı, 17 oktyabr, AZƏRTAC
Abdulla Şaiqin Mənzil-Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev uşaqların gözü ilə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Ülkər Talıbzadə Ulu Öndərin 100 illiyinə həsr edilən növbəti tədbirin Azərbaycan uşaq ədəbiyyatının klassiki, böyük pedaqoq Abdulla Şaiqin müqəddəs ocağında keçirilməsinin rəmzi məna daşıdığını qeyd edib.
Bildirilib ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub. Ümummilli Lider deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Öz fəaliyyətində Ulu Öndərin bu fikirlərini nəzərə alan Abdulla Şaiqin mənzil-muzeyi də daim bu qəbildən olan silsilə tədbirlər həyata keçirir.
Abdulla Şaiq adına kitabxananın direktoru Yəmən Əmirova, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Yeganə Məmmədova Heydər Əliyev və uşaqlar mövzusu ilə bağlı xatirələrini, fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonra dərnəyin üzvləri müxtəlif şeir və mahnılar səsləndirib, Ulu Öndərə həsr edilmiş səhnəcik nümayiş etdirilib.
Ümummilli Liderin uşaqlara həsr edilən kəlamlarını əks etdirən videoçarxlar göstərilib.
Sonda xatirə şəkli çəkilib.