Abdulla Zubir ardıcıl ikinci dəfə Premyer Liqada turun ən yaxşı oyunçusu seçilib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XVIII turunun ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XVIII turunun ən yaxşı futbolçusu “Qarabağ”ın hücumçusu Abdulla Zubir seçilib. “Sumqayıt” klubuna qarşı görüşdə (1:0) 90 dəqiqə meydanda olan futbolçu komandası üçün bir məhsuldar ötürmə edib. Abdulla Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.
Futbolçu XVIII turun rəmzi komandasında da yer alıb. Premyer Liqanın keçən turunda da, A.Zubir ən yaxşı oyunçu seçilmişdi.
Qeyd edək ki, həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.
Xatırladaq ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.
Turun növbəti oyunları fevralın 29-da və martın 1-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]