Abituriyentlər AzMİU haqqında məlumatlandırılıb
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təbliğat-təşviqat kampaniyası çərçivəsində “EDU Company” Təhsil Mərkəzinin abituriyentləri bu ali məktəbdə olublar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədris işləri üzrə prorektor Akif Qasımov məktəblilərə universitetin yaranma tarixi, mövcud ixtisaslar, fakültələr, ikili diplom və mübadilə proqramları, tələbə həyatı və s. barədə məlumat verib.
Abituriyent Məsləhət Mərkəzinin əməkdaşı Rəna Cəbrayılova və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə məktəblilərə qəbul qaydaları, ixtisaslar və gələcək karyera imkanlarından danışıblar.
Universitet haqqında tanıtım videoçarxı nümayiş etdirilib, abituriyentlərin sualları cavablandırılıb.
Görüş bədii hissə ilə davam edib.