ABİTURİYENTLƏR “İMTAHANA BURAXILIŞ VƏRƏQƏSİ”Nİ ÇAP ETMƏLİDİRLƏR
Bakı, 30 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Yaxın günlərdə I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” də komissiyanın internet saytında yerləşdiriləcəkdir. Ümumiyyətlə, hər bir ixtisas qrupu üzrə qəbul imtahanına bir neçə gün qalmış müvafiq qrup üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edə biləcəklər.
Cari ildə attestat alan abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni əldə etmək üçün təhsil haqqında sənədin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi sənəd qəbulu komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]