ABŞ-də dizelin qiyməti yenidən kritik səviyyəyə yaxınlaşır
Bakı, 2 sentyabr, AZƏRTAC
ABŞ-də dizel yanacağının qiyməti aprel ayında qeydə alınan ən yüksək göstəriciyə yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatında deyilir.
Məlumata görə, ötən gün ölkə üzrə dizelin pərakəndə satışı üzrə orta qiymət bir qallon üçün 5.688 dollara çatıb. Cari ilin aprel ayında qeydə alınan ən yüksək səviyyədən bir qədər aşağıdır. Apreldən əvvəl sonuncu dəfə bu qiymət göstəricisi 2022-ci ilin ortalarında qeydə alınmışdı.
Ekspertlərin fikrincə, dizel yanacağının qiymətinin artması həm sənaye sektoruna, həm də istehlakçılara təsir göstərir.
Yaxın Şərqdəki münaqişə, eləcə də Rusiya-Ukrayna müharibəsi il ərzində yanacaq qiymətlərinin artmasına səbəb olub. Dizelin əsas təchizatçı olan Rusiya neft emalı zavodlarına hücumlardan sonra ixracı məhdudlaşdırıb.
ABŞ Prezidenti Donald Tramp ABŞ isə ölkədəki neft emalı zavodlarında dizel və benzin istehsalının artırılmasını tapşırıb. Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp amerikalılar üçün benzin qiymətlərinin düşməsini istədiyini açıq şəkildə bildirib və rəsmilərdən tutumun necə artırıla biləcəyini soruşub.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” dizel bazarındakı gərginliyi vurğulayan banklar arasındadır. Banka görə, Yaxın Şərqdə və Rusiyada neft emalı zavodlarına edilən hücumların onsuz da gərgin olan qlobal bazarı daha da gərginləşdirir.
Analitiklər enerji qiymətləri artdıqca dizeldəki qiymət artımının mərkəzində qalmağa davam etdiyini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:02]
Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib
- 02.09.2026 [13:47]
Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB
- 02.09.2026 [13:41]
Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib
- 02.09.2026 [13:26]
Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb
- 02.09.2026 [13:09]
Rusiya taxıl ixracı üzrə vergiləri dayandırıb
- 02.09.2026 [12:54]
ABŞ-nin Asiyaya LNG daşınmaları ikiqat artıb
- 02.09.2026 [12:51]