ABŞ hərbçiləri kibersahədə informasiya mübarizəsinə dair konsepsiya hazırlayırlar
Bakı, 6 sentyabr, AZƏRTAC
ABŞ hərbçiləri 2020-ci il seçkiləri ərəfəsində kiberməkanda informasiya mübarizəsi konsepsiyasını fəal surətdə hazırlayırlar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ABŞ quru qoşunları kiberkomandanlığının rəhbəri, general Stiven Foqarti kəşfiyyat və milli təhlükəsizlik məsələləri üzrə konfransda çıxışı zamanı açıqlayıb. O, hazırda konsepsiyanın hazırlanmasına çox vaxt ayrıldığını bildirib.
Stiven Foqartinin sözlərinə görə, ABŞ belə əməliyyatlar keçirdiyini opponentlərinə açıq şəkildə bildirməlidir. Çünki bu, opponentlərin hərəkətlərinə Vaşinqtonun cavab verməyə hazır olduğunu nümayiş etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]