Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub
Tbilisi, 15 iyun, AZƏRTAC
Gürcastanda rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç gürcü həmkarı Mixail Kavelaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında sıx dostluq əlaqələri, mədəni yaxınlıq, ortaq dəyərlər və müasir geosiyasi çətinlikləri müzakirə etdilər. Həmçinin Gürcüstan və Serbiya arasında siyasi, iqtisadi, texnoloji, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili qeyd edib ki, ortaq mədəni kimlik və hər iki dövlətin üzləşdiyi mürəkkəb çətinliklər ikitərəfli münasibətlərin daha da inkişafı və beynəlxalq arenada bir-birinin mövqelərinin dəstəklənməsi üçün möhkəm təməl yaradır.
Bildirilib ki, Prezident Aleksandar Vuçiç rəsmi səfər çərçivəsində ilk dəfə Tbilisiyə səfər edir ki, bu da Gürcüstan-Serbiya tərəfdaşlığına və ikitərəfli dialoqa keyfiyyətcə yeni təkan verəcək.
Görüş zamanı liderlər iki ölkədə baş verən siyasi prosesləri nəzərdən keçirib, qlobal sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinin vacibliyinə diqqət yetiriblər. Beynəlxalq nizamın və güc balansının köklü şəkildə dəyişməsi fonunda hər iki bölgədə sabitliyin və sülhün qorunmasının xüsusi aktuallıq kəsb etdiyi vurğulanıb.
Gürcüstan Prezidenti diqqətə çatdırıb ki, "Orta Dəhliz"in əsas həlqələrindən biri olan Gürcüstan Qərbi Balkan regionu ilə tərəfdaşlığını genişləndirməkdə maraqlıdır və bu, Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin inkişafına töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]