Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib –  ŞƏRH

Bakı, 15 iyun, AZƏRTAC

Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan 15 İyun – Milli Qurtuluş Gününü qeyd edirik. Bu əlamətdar gün müstəqil Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının, siyasi sabitliyin bərpa olunmasının və xalqın ümidsizlikdən ümidə doğru yönəlməsinin başlanğıcı olub. Qədirbilən xalqımız bu bayramı hər il olduğu kimi yenə də dərin ehtiramla qeyd edir. Çünki xalqımız müstəqilliyimizin bərpasının ilk illərində yaşadığı tariximizin ən ağrılı, faciəli günlərini yaxşı xatırlayır.

Bunu AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputatın sözlərinə görə, 1990-cı illərin əvvəllərində bir tərəfdən AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi, başıpozuq silahlı dəstələrin qanunsuz əməlləri, ölkənin müxtəlif bölgələrində separatçılıq meyillərinin güclənməsi və bütün bunların vətəndaş qarşıdurması təhlükəsi yaratması Azərbaycanı dövlət müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın işğalı genişlənir, ölkə dərin siyasi, iqtisadi və sosial böhran içərisində çətin günlər yaşayırdı. Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə ciddi çətinliklərlə üzləşmiş, dövlətçiliyimizin taleyi real təhlükə altına düşmüşdü.:”Xüsusilə, 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması, eyni zamanda, həmin faciəli hadisələrdən az sonra hakimiyyətə gələn yeni iqtidarın ölkəni idarə etmək gücündə olmaması mövcud şəraiti daha da ağırlaşdırmışdı. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı isə Azərbaycan dövlətçiliyinin real təhlükə ilə üz-üzə olduğunu göstərdi. Cəmiyət sarsıntı içində idi. Xalq sabah nə baş verəcəyindən narahatlıq hissi keçirirdi. Məhz belə bir ağır və kritik şəraitdə xalq öz nicat yolunu Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində və onun siyasi hakimiyyətə gəlişində görürdü. Ona görə ziyalılar, ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratdılar. O zaman partiyanın yaradılması üçün Ulu Öndər Heydər Əliyevə müraciət edilməsi təsadüfi deyildi. Dahi şəxsiyyətin siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətləri və vətənpərvərliyi mütərəqqi düşüncəli insanların onun ətrafında sıx birləşməsi zərurətini yaradırdı. Burada, şübhəsiz ki, Ulu Öndərin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər də xüsusi önəm daşıyırdı”.

Sevinc Hüseynova qeyd edib ki, digər mühüm amil isə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü ilə bağlı idi. “Həmin vaxt Naxçıvan Ermənistanın hərbi təcavüzü ilə üz-üzə idi. Muxtar respublika blokada şəraitində yaşayırdı. Ulu Öndər Heydər Əliyev bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə, Türk dünyası üçün mühüm önəm daşıyır. Çətinliklərə, hakimiyyətin ögey münasibətinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Naxçıvanı qorudu, işğal edilməsinə imkan vermədi. Bu baxımdan, ictimaiyyət əmin idi ki, Azərbaycanı yaranmış təhlükəli vəziyyətdən də yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər. Ümummilli Lider Heydər Əliyevin özü isə ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız təqiblərinə məruz qalırdı. Lakin hakimiyyətin Ulu Öndər Heydər Əliyevə qarşı bütün məkrli planları iflasa uğradı. 1993-cü ilin gərgin günlərində elə həmin iqtidar Ümummilli Lider Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə böyük risklərə baxmayaraq, dövlətin qorunması məsuliyyətini öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış təkcə bir siyasətçinin hakimiyyətə gəlməsi deyildi, bu, xalqın, dövlətçiliyin xilas edilməsi, Azərbaycanın gələcəyinin təmin olunması idi. Məhz 15 iyun 1993-cü il - Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi tarix müstəqil Azərbaycanın siyasi taleyində dönüş nöqtəsi oldu, vətəndaş müharibəsinin, xaosun və parçalanmanın qarşısının alınmasında həlledici rol oynadı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsi isə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu”, - deyə o diqqətə çatdırıb.

Deputat bildirib ki, Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Beləliklə, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq göstərdi, Azərbaycanı məhv olmaqdan xilas etdi, ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Ulu Öndərin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi:”Ulu Öndər Heydər Əliyev hər cür qəsdlərdən qoruduğu Azərbaycanı yenidən qurdu, hüquqi dövlət quruculuğu prosesini həyata keçirdi, ölkəmizin inkişaf yollarını müəyyən etdi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, dövlətin hüquqi əsaslarının yaradılması müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Media üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Beləliklə, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı”.

Sevinc Hüseynova vurğulayıb ki, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya da 1993-cü ildən sonra müəyyənləşdirildi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı. Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi təşkil edirdi. 1994-cü il sentyabrın 20-də Bakıda 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndərin xarici siyasət strategiyasının prioritetlərindən birini də keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Ulu Öndər Heydər Əliyev bu prosesdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müəyyən etdi.

"Müasir Azərbaycan Ulu Öndərin ideyalarının reallaşmasıdır. Bu gün Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan , dünyada səsi eşidilən qüdrətli dövlətdir. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Həmin siyasətin nəticəsi olaraq 2020-ci ildə xalqımızın 30 illik həsrətinə son qoyuldu – torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu, həm də Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi idi. Artıq Ulu Öndərin ruhu şaddır. Bugünkü reallıqlar çərçivəsində biz artıq yeni mərhələyə – Böyük Qayıdış və sülh mərhələsinə qədəm qoymuşuq. Qarşıda dayanan əsas vəzifəmiz işğaldan azad edilmiş ərazilərimizin bərpası və insanların öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıtmasının təmin olunmasıdır. Bu gün biz azad Şuşada, Xankəndidə, Laçında, Zəngilanda Azərbaycan Bayrağının dalğalandığını görürük. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Novruz tonqalını alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Artıq həmin ərazilərdə həyat canlanır, öz axarına düşür, yeni məktəblər, xəstəxanalar, yollar, hava limanları inşa olunur, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında məskunlaşırlar. Əldə olunmuş qələbələr təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafi üçün yeni imkanlar açdı. Cənubi Qafqazda əsirlərdən sonra sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olunmasının bünövrəsi qoyuldu. Ulu Öndərin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz, sülh və sabitliyin təmin edilməsi olub. Ümummilli Lider daim vurğulayırdı ki, Azərbaycan sülhpərvər dövlətdir və regionda davamlı sülhün təmin edilməsi əsas prioritetlərdəndir. Bu gün həmin siyasət uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın milli maraqları ən yüksək səviyyədə təmin edilir. Artıq qüdrətli Azərbaycan, qalib xalqın Qalib Lideri , Zəfər səlnaməsinin müəllifi ən yüksək kürsülərdən dünya ictimaiyyətinə tarixi ədaləti və beynəlxalq hüququ savaş meydanında bərpa edərək sülhün əldə olunması təcrübəsini bölüşür. Bu Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Bu, müstəqilliyimizin və Milli Qurtuluş Gününün bəhrəsidir!", - deyə deputat bildirib.

Müxbir - Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir