Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir
Ankara, 15 iyun, AZƏRTAC
Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun 15 İyun –Milli Qurtuluş Günü münasibətilə paylaşımında bildirilib.
Türkiyə parlamentinin sədri qardaş ölkələrin hər ikisinin sadiq qaldığı Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əhəmiyyətini xüsusi vurğulayıb.
“Doğma Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm”, – deyə TBMM sədrinin paylaşımında qeyd olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:00]
Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
- 15.06.2026 [13:32]