Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib
London, 15 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılması hadisələri ilə bağlı 2 nəfər təqsirli bilinib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, məhkəmə 22 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç və 27 yaşlı Ukraynaəsilli Rumıniya vətəndaşı Stanislav Karpiuku qəsdən yanğın törətməkdə təqsirli hesab edib.
İttihama görə, 2025-ci ilin may ayında Londonun şimalında Baş nazirə məxsus olmuş “Toyota” markalı avtomobil yandırılıb. Bir neçə gün sonra isə Starmerlə əlaqəli 2 yaşayış evində yanğın baş verib.
Prokurorluğun nümayəndəsi məhkəmədə bildirib ki, Roman Lavrinoviç yanğın hadisələrini rusdilli “Telegram” istifadəçisi “El Money” tərəfindən internet vasitəsilə cəlb edildikdən sonra törədib. İddialara görə, ona bunun müqabilində ödəniş vəd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]