ABŞ-IN DÖVLƏT XADİMLƏRİNƏ ƏN BAHALI HƏDİYYƏLƏRİ ŞƏRQLİLƏR BAĞIŞLAMIŞLAR
C.Buşa verilmiş bütün hədiyyələrin, o cümlədən Latviya Baş nazirinin bəxş etdiyi qızıl və kəhraba ilə işlənmiş pres-papyenin də aqibəti belə olmuşdur. ABŞ-da qayda belədir və Prezidentdən tutmuş Konqres aparatının əməkdaşlarınadək bütün məmurlar bu qaydaya tabe olurlar.
ABŞ vitse-prezidentinin xanımı Linn Çeyni isə Roma Papası II İohann Pavelin ona bağışladığı sədəf təsbehi özündə saxlamışdır. Yeri gəlmişkən, ABŞ-ın birinci xanımı Lora Buş da Roma Papasından belə hədiyyə almışdı. Ancaq o, həm bu təsbehi, həm də Macarıstan Baş nazirinin çətinliklə əldə etdiyi Antuan de Sent-Ekzüperinin üstündə müəllifin imzası olan “Balaca şahzadə” kitabını da arxivə vermişdir.
Siyahı bir daha təsdiq edir ki, bahalı hədiyyələr vermək qərblilərin deyil, şərqlilərin adətidir. ABŞ məmurlarına ən bahalı hədiyyələri əmirlər, məliklər, sultanlar, şeyxlər vermişlər. Düzdür, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni də onlardan geri qalmamışdır. Məsələn, Danimarka şahzadəsi Aleksandra isə ABŞ-ın birinci xanımına üstündə kral monoqramı olan adi çini qab və öz fotoşəklini bəxş etmişdir.
Rusiya Prezidentinin xanımı Lora Buşa üstündə “Moskva” sözü yazılmış və gümüş halqalara salınmış salfetlər bağışlamışdır.
Siyahıda ən çox təəccüb doğuran Koreya Əmək Partiyasının Baş katibi Kim Çen İrin hədiyyəsidir. O, ABŞ Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Riçard Mayersə ətirsaçan bürünc külqabı hədiyyə etmişdir.