ABŞ-ın üç ştatında daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib
Vaşinqton, 19 mart, AZƏRTAC
ABŞ-ın Orta Qərbini bürüyən yağış və qar çovğunu mövsümündən sonra regionun ən iri çayı olan Missuri məcrasından çıxıb. Yüzlərlə ailə çayın hövzəsində yerləşən şəhərlərdən təxliyə edilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu günədək daşqınların 3 nəfərin həyatına son qoyduğu bildirilir. Nebraska, Ayova və Viskonsin ştatlarının qubernatorları fövqəladə vəziyyət rejimi elan ediblər.
Daşqınlar barədə xəbərdarlıq Viskonsin ştatının cənubunda, Nebraskanın şərq hissəsində və Ayova ştatının cənubunda hələ də qüvvədədir. Ayova ştatının cənub-qərbindəki Frimont dairəsində Missuri çayının suyunun səviyyəsi 9 metri keçərək, Bartlett və Turman şəhərlərindəki dambaların üzərinə qalxıb, bununla da rekordu 60 santimetr yeniləyib. Daşqınlar Nebraska ştatında Omaxadan şimal-qərbə Nort-Bend şəhəri yaxınlığında yerləşən dambanın dağılmasına gətirib çıxarıb. Hakimiyyət orqanları bütün yerli əhalini dərhal yaşayış yerlərini tərk etməyə və yüksək rayonlarda məskunlaşmağa çağırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]