ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi istefa verib
Bakı, 6 sentyabr, AZƏRTAC
Prezident Donald Tramp ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Cason Qreenblattın istefa verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Donald Tramp Tvitter səhifəsində Cason Qreenblattın karyerasını özəl sektorda davam etdirəcəyini yazıb.
ABŞ Prezidenti Qreenblattı sadiq və yaxşı dost və vəkil kimi xarakterizə edərək xidmətlərinə görə ona təşəkkürünü bildirib.
Cason Qreenblatt Donald Trampın beynəlxalq sülh danışıqları üzrə xüsusi elçisi kimi fəaliyyət göstərməklə yanaşı, həm də ABŞ rəhbərliyinin İsrail ilə gündəlik əlaqələrinin təşkilatçısı olaraq da tanınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]